Xəbər lenti
Serj Sarkisyan saxlanıldı
Ermənistanın keçmiş prezidenti Serj Sarkisyan, ölkənin digər keçmiş prezidenti və müxalif “Ermənistan” blokunun lideri Robert Köçəryanın saxlanılması və onlara qarşı ittihamların irəli sürülməsi fonunda Antikorrupsiya Komitəsinə gəlib.Manevr.az xəbər verir ki, Sarkisyan binanın girişində jurnalistlərin onun hansı iş üzrə komitəyə gəldiyi barədə sualına “Bilmirəm” cavabını verib.
Avqustun 25-də Ermənistan Baş Prokurorluğu keçmiş prezident Robert Köçəryan barəsində cinayət işinin başlandığını açıqlayıb. Ona vəzifə səlahiyyətlərindən sui-istifadə, xüsusilə külli miqdarda rüşvət alma və cinayət yolu ilə əldə edilmiş pulların leqallaşdırılması ittihamları irəli sürülüb.
Həmin cinayət işində Serj Sarkisyanın da adı keçir. O, Robert Köçəryanın prezidentliyi dövründə Ermənistanın müdafiə naziri vəzifəsində çalışıb.
Bundan başqa, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları “Ermənistan” fraksiyasının deputatı, Robert Köçəryanın oğlu Levon Köçəryanın mənzilində, eləcə də Köçəryan ailəsi ilə əlaqəli şirkətlərdə axtarışlar aparıblar.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar































