Sizin Reklam Burada
Xəbər lenti
22-09-2026
21-09-2026
BÜTÜN XƏBƏRLƏR

Rusiya generalları Putinin tələbini yerinə yetirmədilər

Tarix: 25-08-2026 11:37     Baxış: 377 A- / A+
Rusiya generalları Putinin tələbini yerinə yetirmədilər
Ukraynanın işğalı başlayandan bəri Rusiya Prezidenti Vladimir Putin Donbasın tam ələ keçirilməsi üçün orduya 15 dəfə konkret vaxt qoysa da, Baş Qərargah generalları onun heç bir tapşırığını yerinə yetirməyiblər.
Manevr.az xəbər verir ki, Müharibə Araşdırmaları İnstitutu (ISW) Qərb kəşfiyyat məlumatlarına və Ukraynanın Baş Kəşfiyyat İdarəsinə istinadən məlumat yayıb. 
“Reuters”in məlumatına görə, 2025-ci ilin avqust ayında ordu komandanlığı Putinə Ukrayna cəbhəsinin oktyabr-noyabr aylarına qədər dağılacağına və Donetsk bölgəsinin müharibənin dördüncü ilinin ortalarına qədər tamamilə ələ keçiriləcəyinə söz verib.
“Financial Times”in yazdığınagörə, 2026-cı ilin yazında son tarix bu ilin payızına təxirə salınıb. “Bloomberg” isə yazıb ki, yayda hərbçilər Donbasın qışa qədər tamamilə Rusiyanın nəzarəti altına keçəcəyinə söz veriblər. 
Lakin, ISW-nin hesablamalarına görə, Rusiya ordusu hazırda Donetsk vilayətinin ərazisinin yalnız 79,89%-nə (21.170 kvadrat kilometr) nəzarət edir. ISW analitikləri hesab edirlər ki, Kremlin hərbi məqsədləri "reallıqdan uzaq qalmaqda davam edir". Keçən il Rusiya ordusu Ukrayna ərazisinin yalnız 0,8%-ni, 2024-cü ilə qədər isə yalnız 0,6%-ni ələ keçirə bilib. Bundan əlavə, müəyyən ərazilərdə Rusiyanın irəliləmə sürəti 100 ildən çox davam edən müasir müharibədə yeni rekordlar qırıb. Yəni bu da gündə 15-70 metr irəliləmək deməkdir.
ISW yazıb ki, hücumun hazırkı tempini nəzərə alınsa, o zaman Rusiya qoşunları 2026-cı ilin sonunadək Donbası ələ keçirə bilməyəcək və bəlkə də heç vaxt. Müdafiə Nazirliyinə yaxın mənbələr “Bloomberg”ə bildiriblər ki, Baş Qərargahın bəzi hərbi qulluqçuları da Putinin məqsədlərini qeyri-real hesab edir və Donbas uğrunda müharibənin 2027-ci ilə qədər davam edəcəyinə inanırlar.ölkə.az



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar