Sizin Reklam Burada
Xəbər lenti
24-08-2026
23-08-2026
BÜTÜN XƏBƏRLƏR

İrəvan bu ölkəyə görə Bakı ilə sülh sazişindən imtina edə bilər - DETALLAR

Tarix: 24-08-2026 21:26     Baxış: 327 A- / A+
“Geosiyasi qeyri-müəyyənlik Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanmasını gecikdirə bilər”.

Bu iddia ilə “S&P Global Ratings” şirkətinin Cənubi Qafqazdakı siyasi proseslərlə bağlı hazırladığı icmalda iddia olunur.

Bildirilib ki, Ermənistan iqtisadiyyatı müsbət proqnoz üzrə inkişaf edir: “Bu artımlar və Azərbaycanla münasibətlərin normallaşdırılması istiqamətində atılan addımlar geosiyasi riskləri zəiflədir. Lakin regional risklər hələ də qalmaqdadır. Əgər regionda risklər əhəmiyyətli dərəcədə kəskinləşərsə və ya Rusiyadan işçi qüvvəsi və kapital axını kəskin şəkildə azalarsa, bu, Ermənistanın iqtisadi və büdcə göstəricilərinə, eləcə də tədiyyə balansına mənfi təsir edə bilər. Əgər Ermənistanın tədiyyə balansı təhlükəsizlik və geosiyasi risklərə qarşı davamlılıq nümayiş etdirməyə davam edərsə, reytinqi yüksələ bilər. Buna valyuta ehtiyatlarının toplanması və Azərbaycanla münasibətlərin normallaşdırılmasında əldə olunan irəliləyişlər kömək edə bilər”.

İcmalda qeyd olunub ki, reytinq məhdudiyyətlərinə Ermənistanın davamlı olaraq geosiyasi və xarici təhlükəsizlik risklərinə məruz qalması, adambaşına düşən orta gəlir və ödəniş balansındakı zəifliklər daxildir: “Avropa İttifaqı və digər Qərb tərəfdaşları ilə əlaqələri dərinləşdirməsinə baxmayaraq, Ermənistanın Rusiyadan iqtisadi və enerji asılılığı əhəmiyyətli dərəcədədir və bu, onun strateji çevikliyini məhdudlaşdırır”.

İcmalda o da bildirilib ki, regional risklər nəticəsində yarana biləcək problemlər, xüsusilə Rusiyadan asılılığın tam aradan qalxmaması Ermənistanın Azərbaycanla sülh müqaviləsini imzalamasını çətinləşdirir. publika.az

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar