Xəbər lenti
Bu gün Qazaxıstanda parlament seçkiləri keçiriləcək
Bu gün Qazaxıstanda yeni birpalatalı parlamentə - Qurultaya seçkilər keçiriləcək. 545 namizəd irəli sürən yeddi siyasi partiya 145 yer uğrunda mübarizə aparacaq.Manevr.az xəbər verir ki, təxminən 12,6 milyon vətəndaş səs vermək hüququna malikdir.
Ölkədə 10 mindən çox seçki məntəqəsi fəaliyyət göstərir. Səsvermə Qazaxıstanın 61 ölkədəki diplomatik nümayəndəliklərində də keçirilir.
Seçkilər yalnız partiya siyahıları ilə keçirilir. Səslərin azı 5 %-ni toplayan partiyalar parlamentdə yer qazanacaqlar.
Qeyd edək ki, seçkilərdə qeydiyyatdan keçmiş yeddi partiya iştirak edir: "Amanat", "Respublica", Qazaxıstan Xalq Partiyası, "Aul", "Ak yol", Milli Sosial Demokrat Partiyası və "Baytak".
Səsverməni 42 ölkədən 777 beynəlxalq müşahidəçi, ATƏT, MDB, ŞƏT və Türk Dövlətləri Təşkilatı da daxil olmaqla və 13 beynəlxalq təşkilat izləyəcək.
Nəticələr hesablandıqdan sonra partiyalar yeni Qurultay yaradacaqlar. Parlamentin ilk sessiyası seçkinin nəticələri dərc edildikdən sonra 30 gündən gec olmayaraq keçirilməlidir.
Yeni parlament həmçinin hökumətin formalaşdırılmasında və baş nazirin namizədliyinin təsdiqlənməsində iştirak edəcək.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar






























