Xəbər lenti
Kamçatkada həyəcan – Azərbaycan səfirliyi hərəkətə keçdi
Turistlər arasında Azərbaycan vətəndaşı Tatyana Dolivets də var.
Məlumata görə, daşqın nəticəsində yolun dağılması turist qrupunun ərazini tərk etməsinə imkan vermir. Qrupun ərzaq ehtiyatlarının da tükənmək üzrə olduğu bildirilir.
Tatyana Dolivets vəziyyətlə əlaqədar Azərbaycan dövlətinə və ölkəmizin Rusiyadakı səfirliyinə müraciət edərək təxliyəyə kömək göstərilməsini istəyib.
Azərbaycanın Rusiyadakı səfirliyi və Yekaterinburqdakı Baş Konsulluğu məsələni nəzarətə götürüb. Diplomatik nümayəndəliklər Rusiya hakimiyyət orqanları, Kamçatkada yaşayan Azərbaycan icmasının nümayəndələri, eləcə də turist qrupu ilə əlaqə saxlayırlar.
Turistlərlə birbaşa rabitə peyk əlaqəsi vasitəsilə həyata keçirilir.
Hazırda turistlərin təhlükəsiz olduğu bildirilir. Onların təxliyəsinə hazırlıq gedir, lakin əlverişsiz hava şəraiti əməliyyatın həyata keçirilməsini çətinləşdirir. musavat.com
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər


Axtarış
Reklam

İqtisadiyyat
İdman
Yazarlar
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar































