Sizin Reklam Burada
Xəbər lenti
21-08-2026
20-08-2026
BÜTÜN XƏBƏRLƏR

Latviya-Belarus sərhədində gizli tunel aşkarlandı: 28 nəfər saxlanıldı

Tarix: 22-08-2026 08:53     Baxış: 331 A- / A+
Latviyanın Belarusla sərhədində qeyri-qanuni keçid üçün istifadə edilən ikinci tunel aşkarlanıb.

Bu barədə Latviyanın "LSM.lv" portalı məlumat verib.

Məlumata görə, tunel Kraslava sərhədçiləri tərəfindən sərhəddən 20 metr məsafədə, Kaplava Sərhəd İdarəsinin məsuliyyət zonasında aşkar edilib. Mamırla kamuflyaj edilmiş keçid Belarusdan gəlir.

Əməliyyat zamanı bu tuneldən qeyri-qanuni şəkildə sərhədi keçən 28 nəfər saxlanılıb. Onlar öz ölkələrinə qaytarılıblar. İlk belə tunel avqustun 10-da Skrudalienski bölgəsində aşkar edilib və oradan 15 nəfər sərhədi keçib.

İlkin tapıntıdan sonra Latviya Daxili İşlər Nazirliyi xarici sərhədin yoxlanılmasını əmr edib. Avqustun 11-də ölkənin şərq sərhədində Belarusdan qeyri-qanuni miqrasiyanın hibrid təhlükəsinə qarşı koordinasiyalı cavab olan "Vilkatis" əməliyyatı başlayıb. Onun məqsədi sərhədin qeyri-qanuni keçilməsi hallarının sayını əhəmiyyətli dərəcədə azaltmaq və gələcəkdə oxşar hadisələrin qarşısını almaqdır. oxu.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar