Sizin Reklam Burada
Xəbər lenti
18-10-2026
17-10-2026
BÜTÜN XƏBƏRLƏR

Azərbaycan benzini İrəvana çatdı, qiymətlər dəyişdi – indi isə qalmaqal başlayıb

Tarix: 22-08-2026 08:19     Baxış: 386 A- / A+
Azərbaycandan Ermənistana benzin tədarükünün başlanmasından sonra yanacağın qiymətində müşahidə edilən ucuzlaşma uzun sürməyib.

İndi yerli bazarda qiymətlərin yenidən bərabərləşməsi və Azərbaycan benzini idxal edən şirkətlərin fövqəlgəlir əldə edə bilməsi Ermənistanda müzakirələrə səbəb olub.

Erməni iqtisadçı Qagik Makaryan bildirib ki, yaranmış vəziyyət dövlət qurumlarının daha ciddi diqqətini tələb edir.
Azərbaycandan benzinin ilk partiyaları Ermənistana 2025-ci ilin sonunda çatdırılıb. Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan həmin vaxt yeni tədarüklərin yanacağın qiymətinin aşağı düşməsinə səbəb olacağını bildirmişdi.

İlkin mərhələdə qiymətlərdə müəyyən ucuzlaşma həqiqətən də müşahidə olunub. Lakin bir neçə aydan sonra yanacaq bazarında qiymətlər yenidən bərabərləşməyə başlayıb.
Makaryan hesab edir ki, Azərbaycan benzininin idxalı ilə məşğul olan Ermənistan şirkətləri yaranmış vəziyyətdə fövqəlgəlir əldə edə bilərlər.

İqtisadçının fikrincə, Ermənistanda benzinin hazırkı qiymət səviyyəsini nə məntiqli, nə də iqtisadi cəhətdən əsaslandırılmış hesab etmək olar.

O, yanacağın yüksək qiymətinin mümkün səbəblərinin araşdırılmasının və bazardakı vəziyyətin tənzimlənməsi üçün müvafiq tədbirlərin görülməsinin vacibliyini vurğulayıb. musavat.com

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar