Sizin Reklam Burada
Xəbər lenti
20-11-2026
19-11-2026
BÜTÜN XƏBƏRLƏR

Rusiyada Azərbaycan diasporunun rəhbəri saxlanılıb

Tarix: 21-08-2026 23:15     Baxış: 3102 A- / A+
Rusiyada Azərbaycan diasporunun rəhbəri saxlanılıbRusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) Perm diyarı üzrə İdarəsi rüşvətxorluqda vasitəçilik təklif etməkdə şübhəli bilinən əcnəbi vətəndaşın saxlanıldığını bildirib.

Söhbət Azərbaycan vətəndaşı Ruslan Məmməd oğlu Məmmədovdan gedir.

O, avqustun 19-da Perm Vilayət Məhkəməsində oktyabrın 7-dək uzadılmış həbs qətimkan tədbirindən verdiyi şikayətin təmin edilməsinə nail ola bilməyib.

Xüsusi xidmət orqanının məlumatına görə, əslən azərbaycanlı olan və milli diasporun rəhbərlərindən biri kimi tanınan şəxs pul müqabilində hüquq-mühafizə orqanlarının hələlik şəxsiyyəti müəyyənləşdirilməmiş əməkdaşları vasitəsilə Perm sakini barəsindəki cinayət təqibinin qanunsuz olaraq dayandırılmasını təklif edib.

Hazırda İstintaq Komitəsi tərəfindən Rusiya Cinayət Məcəlləsinin "rüşvətxorluqda vasitəçilik" maddəsi üzrə cinayət işi qaldırılıb və istintaq aparılır.

FTX-dən həmçinin bildirilib ki, Məmmədovun Rusiya ərazisinə girişi 2076-cı il iyunun 4-dək qadağan edilib. baku.ws

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar