Sizin Reklam Burada
Xəbər lenti
20-08-2026
19-08-2026
BÜTÜN XƏBƏRLƏR

Hindistanda naməlum xəstəliyə görə 16 yaşlı yeniyetmə beş ildir gölməçədə yaşayır

Tarix: 21-08-2026 08:42     Baxış: 329 A- / A+
Hindistanın Qərbi Benqal ştatının Mürşüdabad şəhərindən olan 16 yaşlı İqbal Şeyx vaxtının çox hissəsini gölməçədə keçirməyə məcburdur. Sərin su ona dərisində yaranan şiddətli və ağrılı yanma hissini azaltmağa kömək edir. Həkimlər artıq bir neçə ildir ki, bu vəziyyətin səbəbini müəyyənləşdirə bilmirlər.

Bu barədə "LADbible" nəşri məlumat yayıb.

Yeniyetmənin ailəsi həm tibb müəssisələrinə, həm də xalq təbabəti ilə məşğul olanlara müraciət etsə də, heç bir nəticə əldə olunmayıb.

Gəncin hekayəsi sosial şəbəkələrdə geniş yayıldıqdan sonra Hindistanın ən varlı iş adamlarından biri olan Anant Ambaninin diqqətini çəkib. O, xəstəliyin səbəbinin müəyyənləşdirilməsi üçün İqbalın Mumbaya səfərini təşkil edib.

Bəzi mütəxəssislərin ehtimalına görə, İqbal dəridə yanma, qızartı və istilik hissinə səbəb olan nadir eritromelalgiya xəstəliyindən əziyyət çəkə bilər. Lakin yeniyetməyə hələ də dəqiq diaqnoz qoyulmayıb.

Bildirilir ki, Mumbaydakı həkimlər xəstəni hərtərəfli müayinə edərək müalicə və ya simptomların nəzarətdə saxlanılması üçün xüsusi plan hazırlamağa çalışacaqlar. oxu.az

Manevr.az 


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar