Sizin Reklam Burada
Xəbər lenti
20-08-2026
19-08-2026
BÜTÜN XƏBƏRLƏR

Xanımına iş düzəltdi, özünə baha başa gəldi –keçmiş baş nazir cəzalandırıldı

Tarix: 20-08-2026 21:28     Baxış: 328 A- / A+
Fransanın keçmiş baş naziri Fransua Fiyon (François Fillon) həyat yoldaşının saxta işlə təmin olunması işi üzrə məhkumluğundan sonra ölkənin ən yüksək dövlət təltifi olan “Fəxri Legion” (Légion d’honneur) ordenindən 10 il müddətinə uzaqlaşdırılıb.

Bu barədə POLITICO yazıb. Qərar cümə axşamı Fransanın rəsmi qəzetində dərc edilib. Təltif üzrə intizam orqanının tövsiyəsi əsasında qərarı Prezident Emmanuel Makron təsdiqləyib.

Fiyonun siyasi karyerasına ağır zərbə vuran qalmaqal hələ 2017-ci il prezident seçkiləri ərəfəsində başlamışdı. Həmin vaxt o, prezidentliyə əsas namizədlərdən biri və seçkinin favoritlərindən sayılırdı. Lakin həyat yoldaşı Penelopa Fiyonun dövlət vəsaiti hesabına parlament köməkçisi kimi maaş almasına baxmayaraq, faktiki işləmədiyi barədə məlumatların ortaya çıxması onun seçki kampaniyasını sarsıtdı.

Fiyon 2020-ci ildə təqsirli bilinib, lakin hökmə etiraz edib. Məhkəmə prosesində Fransua və Penelopa Fiyon həyat yoldaşının müxtəlif müqavilələr əsasında parlament köməkçisi işlədiyi dövrdə həqiqətən həmin işi gördüyünü təsdiqləyən sübutlar təqdim edə bilməyiblər.

Ötən il apellyasiya məhkəməsi hökmü qüvvədə saxlayaraq keçmiş baş nazirə şərti olaraq dörd il həbs cəzası və 375 min avro cərimə verib. Hazırda 72 yaşı olan Fiyon bu qərardan daha yüksək məhkəmə instansiyasına şikayət etməyib.

Qalmaqal onun siyasi taleyini də dəyişmişdi. 2017-ci il prezident seçkiləri öncəsi Fiyonun qələbə şansı yüksək qiymətləndirilsə də, “saxta iş yerləri” işi kampaniyanın əsas mövzusuna çevrildi və nəticədə o, prezidentlik uğrunda mübarizəni uduzdu.

Maraqlıdır ki, Fiyon baş nazir olduğu dövrdə prezident vəzifəsini tutan Nikola Sarkozi də ötən il “Fəxri Legion” ordenindən məhrum edilib. Buna səbəb Sarkozinin korrupsiya işi üzrə məhkum edilməsi və bütün apellyasiya imkanlarının tükənməsi olub.

Sarkozi eyni zamanda 2007-ci il prezident seçkisi kampaniyasının Liviyanın keçmiş lideri Müəmmər Qəzzafinin vəsaitləri hesabına maliyyələşdirilməsi ilə bağlı başqa bir iş üzrə hökmə qarşı mübarizəsini davam etdirir. Birinci instansiya məhkəməsi onu təqsirli bilərək beş il həbs cəzasına məhkum edib. Sarkozi qərardan apellyasiya şikayəti verib və ittihamları rədd edir.

Beləliklə, son qərarla Fransanın yaxın keçmişinin iki ən tanınmış sağçı siyasi fiquru – keçmiş prezident Nikola Sarkozi və onun baş naziri Fransua Fiyon – ölkənin ən yüksək dövlət ordeni ilə bağlı sanksiyaya məruz qalıblar. musavat.com

Manevr.az 


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar