Sizin Reklam Burada
Xəbər lenti
20-08-2026
19-08-2026
BÜTÜN XƏBƏRLƏR

Edamı 8 dəfə təxirə salındı: "Quş adam" 101 yaşında öldü

Tarix: 20-08-2026 20:31     Baxış: 472 A- / A+
Edamı 8 dəfə təxirə  salındı: "Quş adam" 101 yaşında öldü
ABŞ-da 1950-ci ildə ölüm cəzasına məhkum edilən Frensis Klifford Smit səkkiz dəfə edamını gözləsə də, hər dəfə hökmün icrası təxirə salınıb və ya ləğv edilib.
Manevr.az xəbər verir ki, 70 ildən çox həbsdə qalan Smit bu ilin iyununda 101 yaşında vəfat edib.
O, Konnektikut ştatında yaxta klubunun gecə gözətçisi Qrover Hartın qətlində təqsirli bilinib. Həbs edilərkən 25 yaşı olan Smit ömrünün sonuna qədər günahsız olduğunu deyib.
İllər keçdikcə hökmün əsaslılığı ilə bağlı ciddi şübhələr yaranıb. Bir neçə şahid əvvəlki ifadələrindən imtina edib, başqa bir məhbus isə qətli özünün törətdiyini etiraf edib. Smiti dindirən polis əməkdaşlarından biri də sonradan onun günahsız olduğuna inandığını bildirib.
Smit həbsdə olduğu müddətdə yalnız üç dəfə qısa müddətə azadlıqda olub. 1967-ci ildə həbsxanadan qaçsa da, 12 gün sonra tutulub. 1974-cü ildə Milad axşamını evində keçirməsinə icazə verilib. 1975-ci ildə şərti azadlığa buraxılıb, lakin təxminən 10 ay sonra oğurluq və silah saxlama səbəbindən yenidən həbs olunub.
2020-ci ildə nəzarət altında azadlığa buraxılmağa razılaşan Smit yaşlı məhbuslar üçün nəzərdə tutulmuş müəssisəyə köçürülüb. Həbsxanada quşları mütəmadi yemlədiyinə görə ona “Quş adam” ləqəbi verilib. Bildirilir ki, Smit çörəyi paltarında gizlədərək quşlara aparır, həbsxana əməkdaşları isə buna göz yumurdular.
Son illərini qocalar evində nəzarət altında keçirən Smit iyunda yuxuda vəfat edib. Müəssisə nümayəndəsi onun ölüm səbəbini qocalıqla əlaqələndirib.lent.az



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar