Sizin Reklam Burada
Xəbər lenti
22-09-2026
21-09-2026
BÜTÜN XƏBƏRLƏR

Ermənistan qadın hərbçiləri Azərbaycanla sərhədə göndərir

Tarix: 20-08-2026 10:12     Baxış: 374 A- / A+
Ermənistan qadın hərbçiləri Azərbaycanla sərhədə GÖNDƏRİR

Ermənistan ordusunun qeyri-döyüş şəraitində itkilər verməsi ölkə ictimaiyyətinin narazılığını artırıb.

Manevr.az xəbər verir ki, Ermənistanın “Hraparak” qəzetinin məlumatına görə, yüksək rütbəli hərbçilər vəziyyətə nəzarət üçün Azərbaycanla sərhəddəki mövqelərə göndəriliblər.
Nəşr müdafiə naziri Suren Papikyanın da məlumatı təsdiqlədiyini iddia edib.
Qəzetin məlumatına görə, yüksək rütbəli hərbçilərin sərhədə göndərilməsinə səbəb orduda qeyri-döyüş şəraitində ölüm hallarının “misli görünməmiş” səviyyəyə çatmasıdır.
“Hraparak” yazır ki, orduda nizamnamədənkənar münasibətlər, mübahisələr və əsgərlərin ölümü ilə nəticələnən insidentlər baş verir. Nəşr bəzi əsgərlərin intihara sürükləndiyini, bəzilərinin isə öldürüldüyünü qeyd edir.
Bu halların baş verməsində nəzarətin zəif olması və komandirlərin fəaliyyətindəki çatışmazlıqlar əsas səbəblərdən biri kimi göstərilir.
Qəzet yüksək vəzifəli hərbçilərin vəziyyətə nəzarət etmək və qayda yaratmaq məqsədilə 1-2 aylıq müddətə sərhədə ezam edildiyini yazıb.
Nəşrin mənbəsi bildirib ki, bu qərar yalnız kişi hərbçilərə aid deyil. Yüksək rütbəli qadın hərbçilərin də sərhəddəki mövqelərə göndərilə biləcəyi iddia olunur.

Xatırladaq ki, Ermənistanda qadınların orduya cəlb olunması könüllü əsaslarla tənzimlənir. Hökumət qərarına əsasən, qadınlar 6 ay müddətinə könüllü hərbi xidmətə qəbul olunurlar.modern.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar