Sizin Reklam Burada
Xəbər lenti
22-09-2026
21-09-2026
BÜTÜN XƏBƏRLƏR

“Azərbaycan və Türkiyə yeni dövlət yaradır: adı isə…” - ilginc İDDİA

Tarix: 19-08-2026 22:03     Baxış: 378 A- / A+
“Azərbaycan və Türkiyə yeni dövlət yaradır: adı isə…”  - ilginc İDDİA
“Hazırda Ermənistanda “dördüncü respublika” qurulur”.

Bunu Ermənistan parlamentinin müxalif deputatı İşxan Saqatelyan deyib.

O iddia edib ki, sözügedən respublika Türkiyə və Azərbaycanın iradəsi ilə formalaşdırılır:

“Dördüncü Ermənistan Respublikası”nın formalaşdırılmasında Türkiyə “memar”, Azərbaycan isə “konstruktor” rolundadır. Avropa ölkələri bu layihənin “dizaynı” ilə məşğuldur”.

Qeyd edək ki, erməni siyasi düşüncəsində uzun illər ərzində “Böyük Ermənistan” ideyası mühüm yer tutub. Bu yanaşma Azərbaycan və Türkiyə də daxil olmaqla, qonşu ölkələrin ərazilərinə dair iddialarla müşayiət olunub. Məhz bu səbəbdən rəsmi Bakı və Ankara Ermənistanın konstitusiyasından ərazi iddialarını ehtiva edən müddəaların çıxarılmasını vacib şərt kimi irəli sürür.

Bununla yanaşı, 44 günlük müharibədən sonra regionda yeni geosiyasi və siyasi reallıqlar formalaşıb. Azərbaycanın müharibədən sonra əldə etdiyi nəticələr və bölgədə artan siyasi çəkisi Bakı ilə İrəvan arasında münasibətlərin normallaşması prosesində Azərbaycanın müəyyən tələblər irəli sürməsinə imkan yaradır. Bakı bu tələbləri regionda uzunmüddətli sülhün və sabitliyin təmin olunması ilə əlaqələndirir. Bu baxımdan, Azərbaycanın Ermənistan qarşısında konkret siyasi və hüquqi şərtlər qoyması regionda formalaşmış yeni reallıqların müsbət nəticəsi kimi qiymətləndirilə bilər. bakupost.az

Manevr.az 


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar