Xəbər lenti
Ukrayna İrandan üzr istədi - Cəlali
Manevr.az teleqraf-a istinadla xəbər verir ki, bunu İranın Moskvadakı səfiri Kazım Cəlali Rusiya mediasına deyib.
“Bu, İran bayrağı altında üzən mülki gəmiyə qəsdən edilən hücum idi. Bu hücum terror və cinayət aktı hesab olunur, nəticədə bir nəfər həlak olub, bir neçə nəfər yaralanıb”, - səfir bildirib.
Cəlali iddia edib ki, Ukrayna xarici işlər naziri Andrey Sibiqa iranlı həmkarı Abbas Araqçı ilə telefon danışığı zamanı hadisəyə görə üzr istəyib.
Bununla belə, İran səfiri vurğulayıb ki, Ukrayna dəyən bütün zərərləri kompensasiya etməli və onun ABŞ və Avropadakı tərəfdarları Kiyevin hərəkətlərinə görə məsuliyyət götürməlidir.
Xatırladaq ki, Ukrayna Silahlı Qüvvələri iyulun 25-də Xəzər dənizində İran gəmisinə dronlarla zərbə endirib. Hücum nəticəsində bir nəfər ölüb, bir nəfər yaralanıb.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Şou-biznes
Yazarlar
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar































