Sizin Reklam Burada
Xəbər lenti
19-08-2026
18-08-2026
BÜTÜN XƏBƏRLƏR

İmran Xan Ərdoğanın xahişi ilə azadlığa çıxıb?

Tarix: 19-08-2026 08:21     Baxış: 336 A- / A+
Pakistan Ali Məhkəməsi ölkənin sabiq baş naziri İmran Xanın yaxın günlərdə həbsxanadan xəstəxanaya köçürülməsi barədə qərar çıxarıb. Bunun fonunda sosial şəbəkələrdə İmran Xanın həbsxanadan azad edildiyi haqda da məlumatlar paylaşılıb. Sosial şəbəkələrin Türkiyə seqmentində isə onun Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Pakistan hakimiyyətindən israrlı xahişi ilə azadlığa buraxıldığına dair xəbərlər dolaşır.

Bu məlumatlar yayıldıqdan sonra xəbərin doğru olmadığına dair iddialar səsləndirilməyə başlanıb.

Belə ki, sosial şəbəkələrdə paylaşılan məlumatların rəy bölməsində xəbərin doğru olmadığı, həqiqəti əks etdirmədiyi və İmran Xanın azadlığa buraxılmadığı bildirilib.

Qeyd edək ki, “Anadolu” agentliyi də məsələni araşdırıb və məlumatların həqiqəti əks etdirmədiyi üzə çıxıb.

Məlumat üçün bildirək ki, İmran Xan 2018-ci ildən 2022-ci ilə qədər Pakistanın baş naziri vəzifəsini icra edib. O, parlamentdə etimadsızlıq səsverməsindən sonra 10 aprel 2022-ci ildə vəzifəsindən uzaqlaşdırılıb. İmran Xan 2023-cü ildən bəri korrupsiya ittihamları ilə 14 illik həbs cəzası çəkir. Həyat yoldaşı Büşra Bibi də eyni ittihamlarla yeddi illik həbs cəzası alıb. globalinfo.az

Manevr.az 



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar