Sizin Reklam Burada
Xəbər lenti
22-09-2026
21-09-2026
BÜTÜN XƏBƏRLƏR

İşdən çıxarıldığına görə rekord məbləğdə müavinət aldı

Tarix: 18-08-2026 23:19     Baxış: 3170 A- / A+

Böyük Britaniyanın Dövlət Mülki Xidmətinin keçmiş rəhbəri Kris Uormold təxminən 500 min funt sterlinq (655 min dollar) həcmində rekord səviyyədə işdənçıxma müavinəti əldə edib.

Bu barədə "Financial Times" nəşri razılaşmanın şərtlərinə bələd olan mənbələrə istinadən məlumat yayıb.

O, ölkəsinin ABŞ-dəki sabiq səfiri Piter Mandelsonun Ceffri Epşteynlə əlaqələrinə dair qalmaqal fonunda vəzifəsindən azad edilmişdi.

Sabiq xidmət rəhbərinin 21 ildən artıq iş stajı olan məmurlar üçün nəzərdə tutulan standart ödənişi - 260 min funt sterlinq (340 min dollar) alacağı gözlənilirdi. Lakin Uormold məcburi işdən çıxarılmaya görə əlavə kompensasiya barədə razılığa gələ bilib.

Xəbərdə bildirilir ki, işdənçıxma müavinətinin dəqiq məbləği hökumətin illik hesabatlarında rəsmən açıqlanacaq. Uormold özü bu mövzunu şərh etməkdən imtina edib.

Belə razılaşmalar son dərəcə qeyri-adidir. Buna ən yaxın presedent 2022-ci ildə Böyük Britaniyanın Xəzinədarlıq Departamentinin rəhbəri Tom Skoların Baş nazir Liz Trassın fəaliyyətinin ilk günündə işdən çıxarılmasıdır. Ona istifadə edilməmiş məzuniyyətə görə 122 min funt sterlinq (160 min dollar) daxil olmaqla, 457 min funt sterlinq (598 min dollar) ödənilmişdi. oxu.az

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar