Xəbər lenti
İmran Xan üçün mühüm QƏRAR
Pakistan Ali Məhkəməsi həbsdə olan keçmiş baş nazir və Pakistan Ədalət Hərəkatı Partiyasının qurucusu İmran Xanın xəstəxanaya köçürülməsinə qərar verib.Manevr.az xəbər verir ki, məhkəmənin qərarına əsasən, 73 yaşlı siyasətçi iki gün ərzində Ravalpindidəki Adiala həbsxanasından İslamabaddakı Şəfa Beynəlxalq Xəstəxanasına aparılacaq.
İmran Xanın müalicəsinə nəzarət etmək üçün tibbi şura da yaradılacaq. Şuraya onun bacısı, həkim Uzma Xan və şəxsi həkimi Faisal Sultan daxil ediləcək.
Qərara əsasən, Xanın ailə üzvlərinin xəstəxanada onunla görüşməsinə, xaricdə yaşayan oğulları ilə danışmasına da icazə veriləcək.
Qeyd edək ki, İmran Xan 2023-cü ildən həbsdədir. Xanın və rəhbərlik etdiyi Pakistan Ədalət Hərəkatı partiyasının açıqlamasına görə, ona qarşı irəli sürülən korrupsiya ittihamları siyasi məqsədlidir.publika.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Kriminal
Yazarlar
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar
































