Sizin Reklam Burada
Xəbər lenti
22-09-2026
21-09-2026
BÜTÜN XƏBƏRLƏR

Türkiyəni yandıranlar kimlərdir? - 43 nəfər müəyyənləşdirildi

Tarix: 16-08-2026 21:41     Baxış: 375 A- / A+
Türkiyə hakimiyyəti iyunun əvvəlindən meşə yanğınlarının törədilməsində şübhəli bilinən 43 nəfəri müəyyənləşdirib, onlardan 11-i həbs edilib.

Bunu Türkiyənin ədliyyə naziri Akın Gürlek bildirib.
Nazirin sözlərinə görə, ötən həftə Adıyaman, Antalya, Aydın və Balıkəsir vilayətlərində baş verən 10 meşə yanğını ilə bağlı aparılan araşdırmalar çərçivəsində altı şübhəli barəsində cinayət işi açılıb. Onlardan ikisi həbs edilib.

Ümumilikdə, iyunun 1-dən etibarən 22 vilayətdə baş verən 64 meşə yanğını ilə bağlı 43 şübhəli müəyyənləşdirilib. Onlardan 11-i həbs olunub, 18 nəfər barəsində isə məhkəmə nəzarəti tədbirləri tətbiq edilib.

Yay aylarında Türkiyədə meşə yanğınları əsasən ölkənin cənub və cənub-qərb bölgələrində baş verir. Yanğınların yayılmasına isti hava və güclü külək səbəb olur. Aralıq dənizi sahilində yerləşən turizm bölgələrində də yanğınların söndürülməsi istiqamətində işlər aparılır. Lakin indiyədək alov birbaşa hotellərin yerləşdiyi ərazilərə çatmayıb.

Rəsmi məlumatlara görə, 2025-ci ildə Türkiyədə 3,2 mindən çox meşə yanğını baş verib. Nəticədə 81 min hektardan çox meşə sahəsi tamamilə və ya qismən yanıb. Bu il üzrə məlumatlar isə hələ açıqlanmayıb. oxu.az

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar