Sizin Reklam Burada
Xəbər lenti
18-10-2026
17-10-2026
BÜTÜN XƏBƏRLƏR

Lavrov Avropa İttifaqını hədələyib

Tarix: 14-08-2026 20:38     Baxış: 389 A- / A+
Lavrov Avropa İttifaqını hədələyib
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Avropa İttifaqına məxsus tankerləri ələ keçirməklə hədələyib.
Bu barədə yerli dövlət televiziyasına müsahibəsində bildirib.
O, Aİ-nin iyul ayında Rusiyaya qarşı qəbul etdiyi 21-ci sanksiyalar paketi çərçivəsində blok ölkələrinə Rusiyanın ticarət gəmilərini saxlamaq və tankerlərdə olan karqonu satmaq hüququnun verilməsi ilə bağlı fikirlərini bölüşüb.
Nazir Aİ-nin "kölgə donanması" terminini rədd edib və bunun beynəlxalq hüquqda heç bir əsasının olmadığını vurğulayıb.
O, Brüsseli öz qərarlarını beynəlxalq hüquqdan üstün tutmaqda ittiham edib.
"Rusiya Prezidenti çox aşkar və sakit şəkildə bəyan etdi ki, biz bu quldurluq və soyğunçuluğa cavab verəcəyik", - Lavrov diqqətə çatdırıb.
O, hədəflərin Rusiya tərəfindən seçiləcəyini əlavə edib.
XİN rəhbəri ölkəsinin də öz növbəsində həmin ölkələrin tankerlərini ələ keçirəcəyi və bunun Rusiya tərəfindən "lazım olan və düzgün yerdə" həyata keçiriləcəyi ilə bağlı xəbərdarlıq edib.



Manevr.az



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar