Xəbər lenti
145 nəfərlə uçan təyyarədə dəhşətli anlar – pilot narkoman imiş
Avqustun 4-də AI2379 reysini yerinə yetirən “Airbus A320neo” təyyarəsində 137 sərnişin və 8 ekipaj üzvü olmaqla ümumilikdə 145 nəfər olub.
Uçuş zamanı təyyarə qəfil təxminən 300 fut – 90 metr hündürlük itirib. Hadisə nəticəsində 13 sərnişin və 4 ekipaj üzvü xəsarət alıb. Təyyarə daha sonra Yeni Dehlidə təhlükəsiz eniş edib.
“The Times of India”nın məlumatına görə, hadisə zamanı təyyarə kapitanının vəziyyəti ekipajın diqqətini çəkib. Onun ayaq üstə dayanmaqda və tarazlığını saxlamaqda çətinlik çəkdiyi, ekipaj üzvlərinin kapitana kömək göstərdiyi bildirilir. Kritik anda ikinci pilot idarəetməni nəzarətdə saxlayıb.
Hadisədən sonra kapitan narkotik maddələrin istifadəsi ilə bağlı yoxlamadan keçirilib. İlkin testdən sonra götürülən nümunələrin laboratoriyada aparılan təsdiqləyici analizində marixuana aşkarlanıb. musavat.com
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Şou-biznes
Yazarlar
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar
































