Rusiya mediası xəbər verir ki, artıq Tula, Tambov, Kaluqa, Orenburq vilayətləri, Primorsk, Krasnodar diyarı və digər bölgərə də daxil olmaqla ciddi benzin çatışmazlığı yaşanır.
Vəziyyət o həddə çatıb ki, Rusiya Baş nazirinin müavini Aleksandr Novak yaranmış durumla bağlı iclas keçirməli olub. O iclasda, hakimiyyət orqanlarına bölgələrə fasiləsiz təchizatı təmin etməyi və qiymətlərə nəzarət etməyi tapşırıb. Novak bildirib ki, yanacaq markası haqqında məlumat yanacaqdoldurma məntəqələrində aydın şəkildə göstərilməlidir.
Bəzi bölgələrdə hakimiyyət orqanları "yanacaqdoldurma məntəqələrindəki yükü azaltmaq" üçün sakinləri yenidən öz avtomobillərini idarə etməkdən çəkinməyə çağırıblar. Məsələn, Soçidə yanacaq limitləri yenidən tətbiq edilib.
Orenburq vilayətinin hakimiyyət orqanları da oxşar tədbirlər görüblər. Qubernator Yevgeni Solntsev bildirib ki, Ukrayna Silahlı Qüvvələrinin hücumları problemlər yaratdığını və hakimiyyəti yanacaq, sürtkü materiallarının çatdırılma logistikasını dəyişdirməyə məcbur edib. Nəticədə fərdlərə və müəssisələrə yanacaq satışına məhdudiyyətlər tətbiq olunur.
Qubernator qeyd edib ki, 12 avqustdan etibarən yanacaqdoldurma məntəqələrində benzin satışı gündəlik olaraq nömrə nişanlarına əsasən planlaşdırılacaq: “Cüt günlərdə nömrə nişanları cüt rəqəmlə bitənlər, tək günlərdə isə tək rəqəmlə bitənlər benzin doldura biləcəklər. Balonlara benzin doldurmaq qadağandır.
Yanacaq həcminə də məhdudiyyətlər qoyulub. Belə ki, AI-92, AI-95 benzin 15-30 litr, dizel yanacağı isə 60 litrə qədər verilə bilər. Region daxilində bələdiyyələrarası, regional və federal magistral yollarda yerləşən yanacaqdoldurma məntəqələrində isə 200 litrə qədər verilə bilər.
Xəbər lenti
Rusiyada yanacaq böhranı yarandı, hökumət təcili toplandı

Ukraynanın Rusiyanaın dərinliyinə genişmiqyaslı PUA hücumları ölkədə yanacaq sahəsində ciddi böhrana səbəb olub. Artıq insanlar saatlarla yanacaq çatışmazlığından yanacaqdoldurma məntəqələrində növbələrdə dururlar.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar
































