Xəbər lenti
4 il sonra həbsdən azad edildi

Rusiyada məhkum edilən ABŞ vətəndaşı Robert Gilman səhhəti ilə əlaqədar azadlığa buraxılıb.
“Reuters” xəbər verir ki, o, ABŞ-yə yola düşüb.
Gilmanın vəkili İrina Brajnikovanın sözlərinə görə, Robert Gilman əfv edilmiş ola bilər.
Qeyd edək ki, Robert Gilman 2022-ci ilin yanvarın 19-da qatarda asayişi pozduğu üçün Voronej şəhərinin dəmir yolu vağzalında saxlanılıb.
O, polis şöbəsində Daxili İşlər Nazirliyinin əməkdaşlarından birinə ayağı ilə zərbə endirib. Məhkəmə əvvəlcə Gilmanı 4 il 6 ay müddətinə azadlıqdan məhrum edib. Daha sonra onun cəzası 1 il azaldılıb. Cəzasını çəkdiyi müddətdə hüquq-mühafizə və penitensiar sistem əməkdaşlarına qarşı zor tətbiq etdiyi üçün onun barəsində yeni cinayət işləri açılıb.
Xatırladaq ki, ABŞ Dövlət katibi Marko Rubio iyulun 23-də Manilada Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşü zamanı Gilmanın azadlığa buraxılması məsələsini də müzakirə edib. qafqazinfo
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar































