Sizin Reklam Burada
Xəbər lenti
10-08-2026
BÜTÜN XƏBƏRLƏR

Dəmiryolu böhranını araşdırmağa çıxan nazir problemin canlı şahidi oldu

Tarix: 11-08-2026 09:00     Baxış: 339 A- / A+
demiryolu-bohranini-arasdirmaga-cixan-nazir-problemin-canli-sahidi-oldu
Almaniyanın yeni nəqliyyat naziri Şteffen Bilger ölkənin dəmir yolu sistemindəki problemləri araşdırmaq üçün başladığı ilk səfərində bu problemlərlə şəxsən üzləşib.

Bilger Berlin-Hamburq marşrutu ilə hərəkət edən qatarda kondisionerin sıradan çıxması səbəbindən vaqonunu dəyişmək məcburiyyətində qalıb.

Hadisə Almaniyada havaların kəskin istiləşdiyi bir vaxta təsadüf edib. Kondisionerin işləməməsi səbəbindən vaqon istifadəyə bağlanıb və sərnişinlər qatarın digər hissələrində yer tapmağa məcbur olublar.

Şteffen Bilger Almaniyanın köhnəlmiş dəmir yolu infrastrukturunun yenilənməsi istiqamətində kifayət qədər irəliləyiş əldə edilmədiyi üçün sələfinin vəzifədən uzaqlaşdırılmasından sonra ötən ay nəqliyyat naziri təyin edilib.

Onun əsas vəzifələrindən biri dövlətə məxsus “Deutsche Bahn” şirkətinin və ölkənin dəmir yolu şəbəkəsinin vəziyyətini yaxşılaşdırmaqdır. Son illərdə Almaniyada qatarların gecikməsi, texniki nasazlıqlar və xidmət keyfiyyəti ilə bağlı şikayətlərin artdığı bildirilir.

Bilger bu problemləri yerində araşdırmaq məqsədilə Şimali Almaniyaya iki günlük qatar səfəri planlaşdırıb. Səfər çərçivəsində qatarların təhlükəsizliyi, stansiyaların vəziyyəti və xidmət səviyyəsi ilə bağlı məlumat toplaması nəzərdə tutulub. Lakin səfərin ilk mərhələsində yaşanan kondisioner nasazlığı dəmir yolu sistemindəki problemlərin nazirin öz səfərinə də təsir etdiyini göstərib.

Bilgerin dəmir yolu sisteminin fəaliyyətinin yaxşılaşdırılması üçün daha sərt nəzarət mexanizmləri tətbiq etməyə hazırlaşdığı bildirilir.

Məlumata görə, nazir həftəsonu “Deutsche Bahn” rəhbərlərinə veriləcək bonusların hökumətin müəyyən etdiyi göstəricilərdən, o cümlədən qatarların vaxtında hərəkət etməsindən asılı olacağını açıqlayıb. qafqazinfo

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar