Sizin Reklam Burada
Xəbər lenti
18-10-2026
17-10-2026
BÜTÜN XƏBƏRLƏR

Tramp: “Patriot” raketləri Ukraynadan çox ABŞ-a lazımdır

Tarix: 07-08-2026 10:04     Baxış: 4101 A- / A+


Tramp: “Patriot” raketləri Ukraynadan çox ABŞ-a lazımdır
“Bu sursatlara hazırda ABŞ-ın özünün daha çox ehtiyacı var”.
Manevr.az xəbər verir ki, bu sözləri ABŞ prezidenti Donald Tramp Ukraynanın əlavə “Patriot” HHM sistemləri üçün raketlərlə bağlı müraciətini şərh edərkən deyib.
Onun sözlərinə görə, Vaşinqton öz hərbi ehtiyatlarını və ölkənin təhlükəsizliyini də nəzərə almaq məcburiyyətindədir.
Tramp vurğulayıb ki, ABŞ-da sursat istehsalı sürətlə artırılsa da, “Patriot”lar üçün raketlər də daxil olmaqla bəzi silah növlərinin ehtiyatları məhduddur. Bu vəziyyət həm Ukraynaya yardımın həcminə, həm də ABŞ-ın digər bölgələrdəki hərbi öhdəliklərinə təsir göstərir.
Bununla yanaşı, ABŞ administrasiyası Ukraynanın hava hücumundan müdafiəsini gücləndirmək üçün müxtəlif variantları müzakirə etməyə davam edir. Müzakirələrə “Patriot” sistemləri üçün raketlərin istehsalının gələcəkdə Ukraynada təşkil edilməsi və ya Almaniyada yekun yığılması kimi təkliflər də daxildir.
Lakin bu layihələrin reallaşmasının ən azı bir il çəkə biləcəyi bildirilir.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar