Sizin Reklam Burada
Xəbər lenti
18-10-2026
17-10-2026
BÜTÜN XƏBƏRLƏR

Gürcüstan NATO söhbətini bağladı – “Bizi illərlə aldatdılar”

Tarix: 05-08-2026 09:00     Baxış: 3104 A- / A+
 Gürcüstanın hakim “Gürcü Arzusu” partiyasının baş katibi, Tbilisi meri Kaxa Kaladze NATO rəhbərliyini Gürcüstan və Ukraynaya uzun illər alyansa üzvlüklə bağlı reallaşmayan vədlər verməkdə ittiham edib.

Kaladzenin sözlərinə görə, illər boyu Gürcüstan və Ukraynaya NATO-nun qapılarının açıq olduğu və gələcəkdə alyansa üzv ola biləcəkləri bildirilib.

Lakin Tbilisi merinin fikrincə, NATO nümayəndələrinin son açıqlamaları göstərir ki, hazırda bu ölkələrin təşkilata qəbul edilməsi üçün real perspektiv yoxdur.

Kaladze bildirib ki, NATO rəhbərliyi uzun illər Gürcüstan və Ukraynanı aldadıb, onlara alyansa üzvlük perspektivi vəd edib. Onun sözlərinə görə, indi isə NATO təmsilçiləri faktiki olaraq belə bir perspektivin olmadığını etiraf edirlər.

Gürcüstan parlamentinin Avropaya inteqrasiya məsələləri komitəsinin sədr müavini Tornike Paqava da məsələyə münasibət bildirib. O qeyd edib ki, əgər NATO gələcək genişlənmədən qəti şəkildə imtina edərsə, Tbilisi çoxvektorlu xarici siyasət kursu yürütməli olacaq.

Paqavanın sözlərinə görə, alyansın ayrı-ayrı üzvləri, o cümlədən Fransa və Böyük Britaniya NATO-nun şərqə doğru daha da genişlənməsi ilə bağlı planların olmadığını bildirirlər. musavat.com

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar