Xəbər lenti
Gürcüstan NATO söhbətini bağladı – “Bizi illərlə aldatdılar”
Kaladzenin sözlərinə görə, illər boyu Gürcüstan və Ukraynaya NATO-nun qapılarının açıq olduğu və gələcəkdə alyansa üzv ola biləcəkləri bildirilib.
Lakin Tbilisi merinin fikrincə, NATO nümayəndələrinin son açıqlamaları göstərir ki, hazırda bu ölkələrin təşkilata qəbul edilməsi üçün real perspektiv yoxdur.
Kaladze bildirib ki, NATO rəhbərliyi uzun illər Gürcüstan və Ukraynanı aldadıb, onlara alyansa üzvlük perspektivi vəd edib. Onun sözlərinə görə, indi isə NATO təmsilçiləri faktiki olaraq belə bir perspektivin olmadığını etiraf edirlər.
Gürcüstan parlamentinin Avropaya inteqrasiya məsələləri komitəsinin sədr müavini Tornike Paqava da məsələyə münasibət bildirib. O qeyd edib ki, əgər NATO gələcək genişlənmədən qəti şəkildə imtina edərsə, Tbilisi çoxvektorlu xarici siyasət kursu yürütməli olacaq.
Paqavanın sözlərinə görə, alyansın ayrı-ayrı üzvləri, o cümlədən Fransa və Böyük Britaniya NATO-nun şərqə doğru daha da genişlənməsi ilə bağlı planların olmadığını bildirirlər. musavat.com
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Şou-biznes
Yazarlar
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar
































