Sizin Reklam Burada
Xəbər lenti
04-08-2026
03-08-2026
BÜTÜN XƏBƏRLƏR

İrəvandan Bakıya müsbət siqnallar: Referenduma gediləcəkmi?

Tarix: 05-08-2026 08:20     Baxış: 333 A- / A+
Prezidentin köməkçisi Hikmət Hacıyev Ermənistandan yeni konstitusiyanın qəbul edilməsi ilə bağlı müsbət siqnallar gəldiyini bildirib. Paraflanmış sülh müqaviləsi layihəsinin yekunlaşdırmağın yeganə yolu Azərbaycana qarşı ərazi iddialarının olduğu Ermənistan konstitusiyasından imtina edilməsidir. Ki, Paşinyan hakimiyyəti bunu etməyə hazır olduğunu, etmək istiqamətində işlədiyini açıq şəkildə bəyan edir.

Lakin hüquqi baxımdan Ermənistan hakimiyyətinin önündə əngəllər var. Ermənistanın mövcud konstitusiyasının 202-ci maddəsində qeyd olunur: “Deputatların üçdə biri və ya səsvermə hüququ olan 200 min vətəndaş konstitusiyanın qəbul edilməsi, yaxud dəyişdirilməsi təşəbbüsü ilə çıxış edə bilər. Parlament layihənin referenduma çıxarılması barədə qərarı deputatların üçdə ikisinin səsi ilə qəbul edir”.

Vətəndaş Müqaviləsi Partiyası seçkidə hökuməti formalaşdırmaq üçün lazım olan səsi qazansa da (64 deputat yeri), konstitusion çoxluğu – 105 mandatdan 70-ni əldə edə bilmədi. Bu baxımdan, Ermənistan hakimiyyəti yeni konstitusiyanın qəbul edilməsi ilə bağlı layihəni parlamentə təqdim edə bilsə də, referenduma getmək üçün əlavə 6 səsə ehtiyacı var. Bunun iki mümkün yolu görünür:

- ya müxalifətdən 6 deputatın səsini alacaqlar;

Mümkündür, lakin asan görünmür. Parlamentin ilk iclasında revanşistlərin verdiyi açıqlamalar müxalifətin referendumu əngəlləməyə çalışacağını deməyə əsas verir. “Güclü Ermənistan” fraksiyası referenduma imkan verməyəcəklərini bəyan etdi, “Ermənistan” fraksiyası da eyni mövqeyi paylaşır. Ermənistan hakimiyyətinin 6 deputat səsi üçün nələr edəcəyi, yaxud edə biləcəyi hadisələrin inkişafında ortaya çıxacaq.

- ya da konstitusiya çoxluğu üçün növbədənkənar seçkilərə getməlidirlər;

Bu, prosedur olaraq vaxt tələb edir, hərçənd, Ermənistan hakimiyyəti üçün yeni seçkilər sərfəli deyil. Son seçkidə Paşinyanın komandasının qalib olsa da, ötən seçkilərlə müqayisədə səs itirməsi riskin ciddiliyini göstərir.

Alternativ görünməsə də, Ermənistan hakimiyyətinin fərqli planının olduğu da istisna edilməməlidir. Seçkidən dərhal sonra ədliyyə naziri Srbuhi Qalyanın açıqlaması bu ehtimalı ön plana çıxarır.

“Əslində üçdə iki tələbi hazırki konstitusiya ilə müəyyən edilir, lakin referendum xalqın birbaşa hüququdur”, - Qalyan demişdi. Və nə demək istədiyini şərh etməsə də, bu, Vətəndaş Müqaviləsi Partiyasının “üçdə iki” maneəsini aşmaq üçün fərqli yollardan (indiki halda bunun nə ola biləcəyi müəmmalı olaraq qalır) istifadə edə biləcəyi versiyasını aktuallaşdırır.

Mövcud vəziyyətin Paşinyan üçün sərfəli olması şübhələri də gözardı edilməməlidir: konstitusiya çoxluğuna malik olmayan hakimiyyət Rusiya üçün daha az təhlükəlidir; Bakı və Ankara üçün Paşinyan konstitusiyanı dəyişdirə və yekun sülh sazişini imzalayacaq yeganə qüvvədir; ABŞ və Avropanın regional planlarında Paşinyana alternativ yoxdur; bütün tərəflərin maraqları Paşinyanın üzərində cəmlənir.

Bütün bunlar İrəvandan Bakıya müsbət siqnallar gəlsə də, yekun sülh sazişinin imzalanması və regionda yeni mərhələyə keçid ətrafında mürəkkəb vəziyyət yarandığını da düşünməyə əsas verir. axar.az

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar