Xəbər lenti
Rubenin Azərbaycan haqda BÖYÜK qələti - Spiker olan kimi...
Ermənistan parlamentinin yeni seçilmiş sədri Ruben Rubinyan bu sözləri yerli jurnalistlərə açıqlamasında deyib.
Təzə spikerə görə, keçmişdə geri qaytarılma prosesində heç bir nəzərəçarpacaq irəliləyiş olmadığı dövrlər olub, lakin danışıqlar davam edib. “Heç bir irəliləyişin olmadığı, hökumətin guya heç nə etmədiyi müzakirə olunduğu aylarda, birdən başqa bir məhbus qayıdıb. Bunun mümkün qədər tez baş verməsi üçün hər şeyi edəcəyik. Təbii ki, əvvəlki kimi parlament səviyyəsində işləməyə davam edəcəyik”, - parlament sədri bildirib...
Diqqət edildi yəqin ki, Rubinyan Bakıda layiqli həbs cəzaları alan cinayətkar soydaşlarını “əsir” adlandırır. Radikal-revanşist müxalifətin bu mövzuda ritorikası məlum, Bakı və İrəvan arasındakı sülh prosesinin məntiqinə zidd olan, eyni zamanda, suverenliyimizə həqarət xarakterli bu qəbil ifadələr vaxtaşırı Ermənistanın digər rəsmi şəxsləri tərəfindən də səslənir. Parlamentin spikeri isə konstitusiyaya görə, ölkənin 3-cü şəxsi sayılır.
Odur ki, sual yaranır: belə qələtlər daha nə qədər davam edəcək? Paşinyan hakimiyyəti də caniləri “əsir” adlandırırsa, demək, onlara verilən cəzaları ədalətli saymır, Qarabağı Azərbaycan ərazisi hesab eləmir? O zaman iqtidardakıların revanşist ünsürlərdən nə fərqi oldu?..
Maraqlıdır ki, həmin açıqlamanın verildiyi gün uydurma “artsax bayraqları” parlamentdə müxalifət masaları və digər yerlərdən xəbərdarlıq edilmədən yığışdırılıb (İndi o nə “turşu”, bu nə “pəhriz”?) Bu barədə danışan radikal müxalifətçi deputat Kristine Vardanyan ölkədə “artsax bayrağına qarşı mübarizə”nin başlandığını söyləyib.
“Biz bunu bayraq döyüşünə çevirməməliyik. Çünki bir tərəf onu yerləşdirir, digəri isə götürür. Biz elə bir ölkə qurmalıyıq ki, artsax bayrağının mövcudluğu heç kim üçün problem yaratmasın”, - deyə revanşist “axçi” öz axmaq arzusunu ifadə edib və bu əski parçasının onlar üçün “dəyərli olduğunu, onu həm ofislərində, həm də iş otaqlarında saxladıqlarını” vurğulayıb...
Yada salaq ki, bir müddət əvvəl baş naziri Nikol Paşinyan parlamentində “separatçı qurumun “bayraqları”nın nümayişini və “Qarabağ hərəkatı”nın davam etdirilməsini müharibə təhlükəsi yaradan amillər adlandırmışdı. “Qarabağ hərəkatı” davam etməməlidir, Ermənistan parlamentində “Qarabağ bayraqları”nın olması isə müharibə təhlükəsi yaradır. İnsanlar masanın üzərinə “bayraq” qoyduqda bununla həmin müzakirələri başlayır və qızışdırırlar. Bundan sonra kimin ilk nə dediyini və ya necə cavab verdiyini müəyyən etmək çətin olur”, - Paşinyan xəbərdarlıq eləmişdi...
Şübhəsiz, əski parçalarını yığışdırmaq göstərişinin verilməsi doğru hərəkədir. Meydanların ardınca növbə nə vaxtsa parlament binasına da çatmalı idi. Ancaq uydurma “bayraqları” küçə-meydanlardan, parlament zalından yığışdırmaqdan daha vacibi erməni beyinlərini sarsaq-arsaq ideyalarından təmizləməkdir.
Buna isə əlbəttə ki, zaman lazımdır. Bir də hakimiyyətin gecə-gündüz, yorulmadan əhalini sülhə hazırlamaq üçün təbliğat-təşviqatı. Çünki bu bir günün, iki günün işi deyil. Belə bir təbliğat həm də yeni konstitusiyanın qəbulu üçün keçiriləcək referenduma zəmin hazırlamaqdan ötrü vacibdir. Aydındır ki, “miatsum” virusundan əziyyət çəkən erməninin Azərbaycana torpaq iddiasının yer almayacağı təzə konstitusiyanı dəstəkləməsi mümkünsüz.
Lakin heç bir halda İrəvan rəsmiləri radikalların istifadə elədiyi ifadələri dilə gərirməməlidir. Yoxsa sülh, barışıq yaxınlaşmaq əvəzinə uzaqlaşacaq. Bunun altını da ən çox blokadadan hələ tam qurtulmayan Ermənistan və onun əhalisi çəkəcək – revanşistləri və mötədilləri ilə
birgə... musavat.com
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Şou-biznes
Yazarlar
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar
































