Sizin Reklam Burada
Xəbər lenti
03-08-2026
02-08-2026
BÜTÜN XƏBƏRLƏR

Britaniyada şok hadisə: Kişi anasının meyitini üç il dondurucuda saxladı -Şəkil

Tarix: 04-08-2026 09:02     Baxış: 335 A- / A+

Böyük Britaniyada kişi anasının meyitini təxminən üç il evindəki dondurucuda saxlayaraq onun təqaüd və sosial müavinətlərini almağa davam edib.

Bu barədə BBC məlumat yayıb.

Məlumata görə, 60 yaşlı Kristofer Fillips 2023-cü ildə 89 yaşlı anası Silviya Fillipsin meyitini Portkol şəhərində yerləşən evinin qonaq otağındakı dondurucuda gizlədib.

Məhkəmədə ifadə verən Fillips anasını "əldən vermək istəmədiyini" bildirib. Onun sözlərinə görə, vaxtaşırı dondurucunu açaraq anasının əlindən tuturdu.

Araşdırma zamanı məlum olub ki, kişi bu müddət ərzində anasına məxsus təqaüd, sosial müavinətlər və digər ödənişləri almaqda davam edib. Qanunsuz əldə olunan vəsaitin ümumi məbləği 78 min funt sterlinqdən çox (təxminən 178 min 360 manat) olub.

Kristofer Fillips meyitin qanunvericiliyə uyğun dəfn edilməməsi, sosial müavinət dələduzluğu və digər ittihamlar üzrə təqsirini etiraf edib. Məhkəmə onu iki il dörd ay müddətinə azadlıqdan məhrum edib.

Qeyd olunub ki, Silviya Fillipsin meyiti 2026-cı ilin fevralında aşkarlanıb. Həkimlər dəfələrlə qadınla əlaqə saxlamağa cəhd etsələr də, oğlu anasının Londona köçdüyünü və tibbi müayinədən keçmək istəmədiyini bildirərək buna mane olub.

Daha sonra tibb işçiləri hüquq-mühafizə orqanlarına məlumat veriblər. Polis əməkdaşları evə baxış zamanı qadının meyitinin qonaq otağındakı dondurucuda gizlədildiyini müəyyən ediblər. oxu.az

Manevr.az 

Britaniyada şok hadisə: Kişi anasının meyitini üç il dondurucuda saxladı - FOTO

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar