Manevr.az xəbər verir ki, bu barədə "People" jurnalı məlumat yayıb.
Qeyd edilib ki, Lonq Aylend sakini 67 yaşlı Maykl Larkinə bu xəstəliklə bağlı diaqnoz qoyulub. O, həyətində işləyərkən ayağında iki "Lone Star" gənəsi aşkar edib. Qısa müddət sonra Larkində şiddətli ağrı və halsızlıq yaranıb və o, xəstəxanaya yerləşdirilib.
Nəşrin məlumatına görə, "Burbon" virusu ilk dəfə 2014-cü ildə Kanzas ştatının Burbon dairəsində aşkar edilib. O vaxtdan bəri yoluxma halları yalnız Orta Qərbdə, Şərq Sahilində və ABŞ-ın cənubunda qeydə alınıb. Onun simptomlara qızdırma, yorğunluq, ümumi bədən ağrıları, səpgi, ürəkbulanma və qusmadan ibarətdir. Belə ehtimal edilir ki, bu virus gənə vasitəsilə ötürülür. Hələlik virusa qarşı peyvənd və ya hansısa təsirli dərman vasitəsi yoxdur. Virusa yoluxmaqla bağlı dədiq diaqnoz qoymaq isə çətindir.
Xəbər lenti
Bu ölkədə vaksini olmayan virusa ilk yoluxma halı qeydə alındı

ABŞ-ın Nyu-York ştatında müalicəsi mümkün olmayan və potensial olaraq ölümcül sayılan nadir virusa, "Burbon"a ilk yoluxma halı təsdiqlənib.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar
































