Xəbər lenti
Moskvadakı partlayışın sirri açılır – generalın olduğu məkana “hədiyyə qutusu”nda...
Rus kiv-nin məlumatına görə, partlayışın hədəfi restoranda keçirilən qapalı tədbirə toplaşan qonaqlar olub.
Məlumata görə, tədbir ciddi şəkildə mühafizə olunub və məhz bunun sayəsində daha çox insanın həlak olmasının qarşısını almaq mümkün olub.
Versiyalardan birinə görə, restorana yaxınlaşan qadın kuryer qonaqlara bir qutu çatdırmaq istəyib. Qadın qutunun içərisində hədiyyə olduğunu bildirib. Lakin mühafizəçi şübhələnərək onu və gətirdiyi bağlamanı yoxlamaq qərarına gəlib. Elə həmin anda güclü partlayış baş verib.
İlkin ehtimala görə, partlayıcı qurğu məsafədən işə salınıb. Nəticədə kuryer qadın və onu saxlayan mühafizə əməkdaşı həlak olub.
Partlayışın gücünün təxminən 1 kiloqram trotil ekvivalentində olduğu bildirilir. Partlayıcı qurğu metal kürəciklərlə doldurulduğundan restoranın verandasında olan insanlar da zərər çəkiblər. Onlardan birinin həyatını itirdiyi qeyd olunur.
Partlayış o qədər güclü olub ki, kuryerin cəsədi parçalanıb, onun qolu partlayış yerindən təxminən 15 metr aralıda, yolun üzərində tapılıb.
Xatırladaq ki, daha əvvəl yayılan məlumatlarda hadisə zamanı restoranda Rusiya Aerokosmik Qüvvələrinin baş komandanı, general Aleksandr Çaykonun ad gününün qeyd edildiyi bildirilmişdi. musavat.com
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər


Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar































