Sizin Reklam Burada
Xəbər lenti
01-08-2026
31-07-2026
BÜTÜN XƏBƏRLƏR

Ukrayna Rusiyanın iri neft emalı zavodunu vurdu

Tarix: 01-08-2026 14:21     Baxış: 341 A- / A+
 
Ukrayna Silahlı Qüvvələri avqustun 1-nə keçən gecə Rusiyanın Başqırdıstan Respublikasının paytaxtı Ufadakı "Başneft-Ufaneftexim" neft emalı zavoduna, eləcə də Krım və Ukraynanın cənubunda yerləşən bir sıra hərbi obyektlərə zərbələr endirib.

Manevr.az xəbər verir ki, zərbə nəticəsində Ufadakı neft emalı zavodunda yanğın başlayıb.
Qeyd edək ki, "Başneft-Ufaneftexim" Ufanın şimal sənaye zonasında yerləşir və "Rosneft" şirkətinin tərkibinə daxil olan "Başneft" qrupuna məxsusdur. Zavod ildə 8,2 milyon tona qədər neft emal edir, avtomobil yanacağı, neft koksu, mayeləşdirilmiş qaz, kükürd və aromatik karbohidrogenlər istehsal edir.
Bununla yanaşı, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Krım və Ukraynanın cənubunda yerləşən Rusiyanın bir sıra hərbi obyektlərinə də zərbələr endirildiyini açıqlayıb.
Bildirilib ki, əsas hədəflərdən biri Krımın Çornomorskoye qəsəbəsində yerləşən pilotsuz dəniz katerlərinin bazası olub. Ukrayna tərəfinin məlumatına görə, burada Qara dənizdə döyüş və xüsusi əməliyyatlarda istifadə olunan katerlər saxlanılır, hazırlanır və onlara texniki xidmət göstərilirdi.
Baş Qərargahın məlumatına əsasən, Çonqar yaxınlığındakı Sivaş dəmir yolu körpüsü və Vladislavovka yaxınlığındakı daha bir dəmir yolu körpüsü də vurulub. Qeyd olunub ki, bu körpülər işğal altındakı Krımla Ukraynanın cənubundakı işğal olunmuş ərazilər arasında canlı qüvvə, hərbi texnika, silah və sursatın daşınmasında istifadə olunan mühüm logistika marşrutlarıdır.
Ukrayna ordusu həmçinin Sevastopolda Rusiya Qara dəniz donanmasının radioelektron kəşfiyyat bölməsinə zərbə endirildiyini açıqlayıb.
Bundan başqa, Krımın Pervomaysk rayonunda təmir-bərpa bazası, Xerson vilayətinin işğal olunmuş hissəsində Podovoye yaxınlığında maddi-texniki təminat anbarı və Zaporojye vilayətinin Tokmak rayonu yaxınlığında pilotsuz uçuş aparatlarının saxlanıldığı anbarın da vurulduğu bildirilib.





Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar