Sizin Reklam Burada
Xəbər lenti
22-09-2026
21-09-2026
BÜTÜN XƏBƏRLƏR

İran Çindən 400-ə qədər hava hücumundan müdafiə sistemi alacaq

Tarix: 29-07-2026 09:55     Baxış: 3110 A- / A+


İran Çindən 400-ə qədər hava hücumundan müdafiə sistemi alacaqİran yaxın həftələrdə Çindən ilkin mərhələdə 400-ə qədər daşına bilən hava hücumundan müdafiə sistemi (MANPADS) qəbul edəcək.
Bu barədə "Reuters" agentliyi məsələ ilə tanış olan üç mənbəyə istinadən məlumat yayıb.

Məlumata görə, dəyəri 60-70 milyon ABŞ dolları arasında qiymətləndirilən sövdələşmə ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatlarından sonra Tehranın qısamənzilli hava hücumundan müdafiə imkanlarını gücləndirmək istiqamətində atdığı ən iri addımlardan biri hesab olunur. Həmin müharibə İranın kritik infrastruktur və hərbi obyektlərini qorumaq imkanlarında mövcud zəiflikləri üzə çıxarıb.
Reuters-in məlumatına əsasən, müqavilə çərçivəsində Çin istehsalı olan QW-12 və FN-16 tipli 300-400 ədəd daşına bilən zenit-raket kompleksinin alınması nəzərdə tutulur.
Bildirilib ki, sövdələşmə İran rəsmiləri ilə Çin müdafiə sənayesi istehsalçısı arasında vasitəçi kimi çıxış edən Honkonqda yerləşən Zhongqing Baoshang International Investment şirkəti vasitəsilə yekunlaşdırılıb.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar