Sizin Reklam Burada
Xəbər lenti
24-08-2026
23-08-2026
BÜTÜN XƏBƏRLƏR

İranın ABŞ-yə vurduğu ziyanın həcmi açıqlandı

Tarix: 26-07-2026 18:17     Baxış: 393 A- / A+
İranın ABŞ-yə vurduğu ziyanın həcmi açıqlandı
İki həftəlik döyüş əməliyyatları ərzində İran ABŞ Silahlı Qüvvələrinə 20 milyard dollardan çox ziyan vurub.

Manevr.az xəbər verir ki, bu rəqəmləri "Tasnim" agentliyi İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) rəsmi nümayəndəsi Hüseyn Möhibinin bəyanatına istinadən təqdim edib.
Statistik məlumatlara görə, iyulun 7-dən 31-dək olan dövrdə İran Silahlı Qüvvələri regiondakı Amerika bazalarında onlarla komandanlıq mərkəzinə, müdafiə sistemlərinə, erkən xəbərdarlıq radarlarına, rabitə mərkəzlərinə, silah-sursat və yanacaq anbarlarına, logistika infrastrukturuna, təyyarə anqarlarına, qırıcılara, pilotsuz uçuş aparatlarına və köməkçi avadanlıqlara hücum edib.
ABŞ Müharibə Nazirliyinin büdcəsində və digər sənədlərdə dərc olunmuş bu siyahı və bəyan edilən avadanlıqla infrastrukturun təxmini dəyəri əsasında ziyan 20 milyard dollara çata bilər. ABŞ-nin maliyyə itkilərində böyük payı Amerika ordusunun hava hücumundan müdafiə sisteminin ən vacib komponentləri hesab edilən "Patriot" zenit-raket kompleksləri təşkil edir.
Qeyd olunub ki, bu rəqəm təxminidir və ABŞ Silahlı Qüvvələrinin mümkün iqtisadi və hərbi itkiləri haqqında ümumi təsəvvür yaradır.



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar