ABŞ-ın Alabama ştatında alimlər elm üçün böyük əhəmiyyət daşıyan yeni mağara balığı növü aşkar ediblər.
Manevr.az xəbər verir ki, balığın genetik xüsusiyyətləri o qədər fərqli olub ki, tədqiqatçılar onu mövcud cinslərdən heç birinə aid edə bilməyərək tamamilə yeni cins kimi təsnif ediblər. Yeni növə Demogorgonichthys arcanus adı verilib. Qeyri-rəsmi olaraq isə ona "iblis balığı" da deyilir.
Balığın uzunluğu 5 santimetrdən azdır. O, tamamilə gözsüz, piqmentsizdir və işığı hiss etməyə cavabdeh olan genin bir hissəsi də yoxdur. Bu xüsusiyyətlər onun tam qaranlıq mağara mühitində yaşamağa uyğunlaşdığını göstərir. Alimlər bildirirlər ki, bu səviyyədə əhəmiyyətli kəşflər olduqca nadir hallarda baş verir.
Hazırda həmin növə aid cəmi 20-yə yaxın fərd aşkarlanıb. Mütəxəssislər hesab edirlər ki, bu nadir balıq mağara ekosistemlərinin təkamülü və canlıların ekstremal şəraitə uyğunlaşması ilə bağlı yeni elmi məlumatların əldə olunmasına kömək edə bilər.lent.az
Xəbər lenti
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Kriminal
Şou-biznes
Yazarlar
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar
































