Sizin Reklam Burada
Xəbər lenti
22-09-2026
21-09-2026
BÜTÜN XƏBƏRLƏR

Hitlerin doğulduğu ev polis bölməsi kimi fəaliyyətə başladı

Tarix: 25-07-2026 10:22     Baxış: 3114 A- / A+

Avstriyanın Braunau-am-İnn şəhərində Adolf Hitlerin doğulduğu evdə polis bölməsi fəaliyyətə başlayıb.


Manevr.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
Bildirilib ki, Avstriya hakimiyyəti binanın neonasistlərin ziyarət məkanına çevrilməsinin qarşısını almaq məqsədilə onu polisə təhvil verib.
Məlumata görə, dövlət evi 2017-ci ildə uzun sürən mübahisələrdən sonra məcburi qaydada əvvəlki sahibindən alıb. Binada əvvəllər əlillərə yardım göstərən xeyriyyə təşkilatı fəaliyyət göstərirdi. 2019-cu ildə isə onun yenidən qurularaq polis bölməsinə çevrilməsi qərara alınıb.
Binanın qarşısında Mauthauzen həbs düşərgəsindən gətirilmiş və üzərində "Faşizm - bir daha əsla" sözləri yazılmış xatirə daşı saxlanılıb. Abidədə Hitlerin adı qeyd olunmayıb.
Avstriyanın Daxili İşlər Nazirliyinin tarix şöbəsinin rəhbəri Ştefan Mlyçox bildirib ki, məqsəd binanın Hitlerlə bağlı simvolik mənasını aradan qaldırmaq və onun ətrafında formalaşan mistik yanaşmanı dağıtmaqdır.
Qeyd edək ki, Adolf Hitler 1889-cu ildə həmin evdə dünyaya gəlsə də, orada cəmi bir neçə həftə yaşayıb. Nasist rejimi dövründə binada incəsənət muzeyi fəaliyyət göstərib və tikili "Fürerin doğulduğu ev" kimi tanınıb.axşam.az




Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar