Sizin Reklam Burada
Xəbər lenti
23-07-2026
BÜTÜN XƏBƏRLƏR

Alimləri təəccübləndirən kəşf: siçan 7 min metr yüksəklikdə necə yaşayır?

Tarix: 25-07-2026 08:40     Baxış: 336 A- / A+
ABŞ və Çilidən olan alimlər And dağlarında dəniz səviyyəsindən 6 739 metr yüksəklikdə yaşayan yarpaqqulaqlı siçanı (leaf-eared mouse) araşdırıblar.

Bu hündürlük Yer kürəsində məməlilərin yaşadığı ən ekstremal ərazilərdən biri hesab olunur.

Tədqiqat göstərib ki, bu kiçik gəmirici oksigenin son dərəcə az, temperaturun isə çox aşağı olduğu şəraitdə xüsusi fizioloji uyğunlaşmalar sayəsində yaşaya bilir.

Tədqiqatçılar siçanın qan dövranı, maddələr mübadiləsi və əzələ toxumalarının aşağı oksigen səviyyəsində belə normal fəaliyyət göstərmək üçün uyğunlaşdığını müəyyən ediblər. Alimlərin fikrincə, bu kəşf gələcəkdə insan orqanizminin yüksək dağ şəraitinə uyğunlaşmasının öyrənilməsinə, eləcə də ürək-damar və tənəffüs sistemi xəstəliklərinin araşdırılmasına töhfə verə bilər.

Mütəxəssislər bildirirlər ki, bu araşdırma həyatın hansı sərhədlərə qədər davam edə biləcəyini göstərməklə yanaşı, ekstremal mühitlərdə yaşayan canlıların adaptasiyası haqqında da yeni məlumatlar təqdim edir.

Reuters“ qeyd edir ki, bu növün rekord yüksəklikdə yaşaması alimlər üçün hələ də tam izah edilməmiş maraqlı elmi hadisələrdən biri olaraq qalır. lent.az 

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar