Sizin Reklam Burada
Xəbər lenti
24-08-2026
23-08-2026
BÜTÜN XƏBƏRLƏR

Nigeriyada silahlılar azı 24 fermeri öldürüb

Tarix: 23-07-2026 17:12     Baxış: 385 A- / A+


Nigeriyada silahlılar azı 24 fermeri öldürüb
Nigeriyanın şimal-qərbində yerləşən Zamfara ştatında silahlı dəstənin kəndlərə hücumu nəticəsində azı 24 fermer həlak olub, daha bir neçə nəfər yaralanıb.
Manevr.az xəbər verir ki, motosikletlə hərəkət edən silahlılar Sauna rayonundakı kəndlərə basqın edərək tarlalarda çalışan insanlara atəş açıblar.
“Onlar azı 24 günahsız fermeri qətlə yetirdilər. İtkilərin sayı hələ dəqiqləşdirilir”, – deyə yerli sakin Auwal Sani bildirib.
Sakinlərin sözlərinə görə, hücumçular Sauna kəndinə çatana qədər Mayanchi–Anka magistralı boyunca təxminən 50 kilometr məsafə qət etsələr də, yolda heç bir təhlükəsizlik qüvvəsi ilə qarşılaşmayıblar.
Digər sakin Bello Aliyu isə hücumun təxminən üç saat davam etdiyini bildirib.
Qeyd edək ki, Zamfara ştatı Nigeriyanın şimal-qərbində silahlı dəstələrin kəndlərə hücumları, adam oğurluqları və mal-qara talanları ilə müşayiət olunan təhlükəsizlik böhranının əsas mərkəzlərindən biri hesab olunur.apa



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar