Sizin Reklam Burada
Xəbər lenti
24-08-2026
23-08-2026
BÜTÜN XƏBƏRLƏR

Türkiyədə bu məşhurlar ifadəyə çağırıldı

Tarix: 22-07-2026 15:30     Baxış: 392 A- / A+
Türkiyədə Ahbap Dərnəyi ilə bağlı aparılan istintaq davam edir.
Manevr.az 
xəbər verir ki, İstanbul Respublika Baş Prokurorluğunun araşdırması çərçivəsində jurnalistlər Fatih Portakal və Ece Üner, musiqiçi Gökhan Özoğuz, vəkil Feyza Altun və aparıcı Öykü Serter ifadə verməyə çağırılıb.
Hələlik bu şəxslərin hansı statusda dindiriləcəyi və istintaqdakı rolları barədə rəsmi açıqlama verilməyib. Bildirilir ki, onların ifadələri araşdırmanın gedişi çərçivəsində alınacaq.
İstintaq "cinayət təşkilatı yaratmaq", "ağır dələduzluq" və "cinayət yolu ilə əldə edilmiş vəsaitlərin leqallaşdırılması" iddiaları üzrə aparılır. Maliyyə araşdırmaları zamanı iri həcmli pul köçürmələri, şübhəli maliyyə əməliyyatları və əmlakların qısa müddətdə bir neçə dəfə əl dəyişdirməsi ilə bağlı faktların müəyyən edildiyi iddia olunur.
Araşdırma çərçivəsində Ahbap Dərnəyinin qurucusu, müğənni Haluk Levent də daxil olmaqla ümumilikdə 27 nəfər həbs edilib. Bundan əlavə, dərnəyin və bəzi şübhəlilərin aktivlərinə həbs qoyulub.
Qeyd edək ki, bundan əvvəl aparıcı Oğuzhan Uğur da daxil olmaqla bir sıra tanınmış şəxslər barəsində məhkəmə qərarları verilmişdi.
İstintaq davam edir.



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar