Xəbər lenti
Qarabağdan getmiş ermənilər üçün görün NƏ təklif edildi
Erməni mediası xəbər verir ki, bu təkliflə Avrasiya Ekspert Klubunun koordinatoru, siyasi analitik Aram Safaryan çıxış edib.
Safaryanın iddiasına görə, ötən müddətdə Qarabağdan köçən ermənilərin təxminən 15 faizi artıq Rusiyaya gedib. Bir çox ailə isə Fransa və ya ABŞ-a köçmək imkanının yaranacağına ümid edir. Təxminən 15 min nəfərin Ermənistan vətəndaşlığı aldığı, digərlərinin isə hələlik gözləmə mövqeyində olduğu bildirilir.
Ermənilərin bir hissəsinin Azərbaycana qayıtmaq ümidləri barədə danışan Safaryan bunu “siyasi məsələ” adlandırıb və məsələnin həllinin uzunmüddətli beynəlxalq siyasi proseslərdən asılı olduğunu söyləyib. Bunun əvəzinə o, hazırda Ermənistan ərazisində yaşayan köçkün ermənilərin mənzillə təmin edilməsi barədə dövlət səviyyəsində prinsipial qərar qəbul olunmasını təklif edib.
Onun fikrincə, belə məhəllələr İrəvanda artıq mövcud olan Kilikiya, Sebastiya, Malatya, Harberd, Nor Areş, Arabkir, Zeytun və Maraş kimi yaşayış məntəqələri ənənəsinin davamı ola bilər. Siyasi analitik öz təklifini əsaslandırmaq üçün tarixi nümunələrə də müraciət edib. O, 1946–1949-cu illərdə 90 mindən çox erməninin Sovet Ermənistanına köçürüldüyünü, onların dövlət dəstəyi ilə İrəvan, Gümrü, Vanadzor, Abovyan və digər şəhərlərdə bütöv yaşayış rayonları və qəsəbələr saldıqlarını xatırladıb.
Safaryan etiraf edib ki, həmin şəxslərin bir hissəsi sonradan Avropa və ABŞ-a mühacirət etsə də, onların yaratdığı məhəllələr Ermənistanda qalıb. Safaryanın sözlərinə görə, Qarabağdan köçən ermənilərin Ermənistanda yerləşdirilməsi yalnız onların mənzillə təmin olunması ilə məhdudlaşmamalıdır. O, yeni yaşayış məhəllələrində bazar günü məktəblərinin, icma mərkəzlərinin və mədəniyyət təşkilatlarının yaradılmasını da təklif edir. Onun fikrincə, bununla həmin qrup ermənilərin dialektinin, ənənələrinin, mədəni xüsusiyyətlərinin və tarixi yaddaşının qorunması mümkün olar.
Beləliklə, erməni siyasi analitikin irəli sürdüyü plan Qarabağdan köçən ermənilərin Ermənistanda müvəqqəti deyil, faktiki olaraq daimi məskunlaşdırılmasını, onlar üçün ayrıca yaşayış məhəllələrinin və icma infrastrukturlarının yaradılmasını nəzərdə tutur. Təklifin ən diqqətçəkən tərəfi isə İrəvan və Abovyan yaxınlığında bu məqsədlə “Nor Artsax” (“yeni artsax”) adlandırılacaq yaşayış rayonlarının salınması ideyasıdır. musavat.com
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər


.jpg)
Axtarış
Reklam

İqtisadiyyat
Şou-biznes
Yazarlar
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar
































