Sizin Reklam Burada
Xəbər lenti
17-07-2026
BÜTÜN XƏBƏRLƏR

Türkiyəni silkələyən hadisə: Öcalanı sorğulayan MİT-çinin oğlu niyə həbs edildi?

Tarix: 17-07-2026 22:08     Baxış: 330 A- / A+
images 4 1
Türkiyəli məşhur yutuber, “Babala TV”nin rəhbəri Oğuzhan Uğur saxlanılıb. Onun tanınmış müğənni Haluk Levent və “AHBAP” Dərnəyinə qarşı aparılan istintaq çərçivəsində polis tərəfindən nəzarətə alındığı deyilir. Məlumata görə, səhər erkən saatlarda polis yutuberin evində əməliyyat keçirərək onu saxlayıb. Amma ilkin məlumata görə, “Babala TV”nin bank hesabına xaricdən yüksək miqdarda pul yatırılmasına görə özəl bir bank polisə şikayət edib. 

Əslində, iyulun 12-də H. Leventin saxlanılması, AHBAP-la bağlı mənimsəmə və saxtakarlıq iddialarından sonra ən çox səsləndirilən fikir, məhz növbədə Uğurun olması idi. Çünki 2023-cü il Kahramanmaraş zəlzələsində Türkiyənin rəsmi fövqəladə qurumu olan AFAD-la yanaşı, Leventin rəhbərliyi ilə AHBAP dərnəyi və onunla birlikdə Oğuzhan Uğurun “Babala” kollektivi birlikdə işləyir, zərərçəkənlərə yardım edirdilər. Dağıntılar altından insanların çıxarılması, çadırların qurulması, yemək, içki, isti paltar tədarükü və digər məsələlərdə bir çox yardımlar həyata keçirdilər. Həmçinin AHBAP-a milyonlar dəyərində yardım toplanır, zəlzələdən zərər çəkənlərə pul dəstəyi göstərmək istəyənlər Uğur və “Babala” kollektivi ilə əlaqəyə keçəndə birbaşa Haluk Leventin dərnəyinə yönləndirildilər. Yəni Uğur “biz kömək etmək istəyirik” deyənlərə, “AHBAP, ya da AFAD-a göndərin” cavabını verirdi.

Bəs niyə Oğuzhan Uğur və nə üçün indi?

Əsas məsələ də budur. Haluk Leventin qaranlıq keçmişi və qumar asılılığı onsuz da bilinirdi. Xalq hər nə qədər onu bağrına basıb “xeyriyyəçi qəhrəman” kimi qəbul etsə də, əvvəllər saxtakarlıqda ittiham olunaraq saxlanıldığını, qumarı sevdiyini ictimaiyyət bilirdi. Xüsusilə də dövlətin aidiyyatı qurumlarının bu faktları  bilməməsi mümkünsüzdür. Yəni hadisə istənilən an partladıla bilərdi, sadəcə işin üstünə düşüb çox asanlıqla dəlil tapmaq kifayət idi. Amma Oğuzhan Uğurda vəziyyət fərqlidir. Onun əleyhinə konkret bir dəlil, fakt yoxdur. Sadəcə çıxışlarında səsləndirdiyi fikirlərə görə bir neçə dəfə evinə basqın edilib, saxlanılıb, lakin daha sonra sərbəst buraxılıb.

Bir çox məşhur layihələrə imza atan Uğurun, sözsüz ki, ən böyük uğuru “Mevzular: Açık Mikrofondur”. Bu verilişdə şou, mədəniyyətlə yanaşı siyasi mövzular da müzakirə olunurdu. Amma 2023-cü il seçkilərində verilişin formatı bütün dünyada bomba effekti yaratdı. Türkiyədə prezident seçkisinə qatılan namizədlər, onları dəstəkləyən partiyaların üzvləri tək-tək bu proqrama çıxır, sıradan gənclərin, jurnalistlərin, şəffaf, filtrsiz suallarını canlı olaraq cavablayırdı. Yəni seçkidən öncə müxalifətin bütün nümayəndə və əsas namizədləri öz fikirlərini, planlarını xalqa çatdırmaq, inam qazanmaq və gücünü artırmaq üçün bu proqrama çıxırdı. Oğuzhan sadəcə moderator idi, qonaq birbaşa xalqla ünsiyyət qururdu. Burada auditoriyanı ələ almağı bacaranlar seçkidən yaxşı səs toplayır, bacarmayanlara inam daha da azalırdı. Məsələn, o dövrdə prezidentliyə müstəqil namizəd olan Sinan Oğanı çox adam tanımırdı, kütləsi də yox idi. Oğan bu proqrama çıxdı və bir gecədə milyonlarla dəstəkçi topladı. Nəticədə iki güclü namizədin qarşısında səslərin 2 faizini qazandı, məğlub olsa da, səsləri böldü və seçki ikinci tura qaldı. İkinci turda onun dəstəyini qazanan seçkidə də qalib gəldi.

Uğurun əsas gücü

Bu veriliş Oğuzhan Uğura bütün dünyada şöhrət qazandırdı, artıq ABŞ-ın keçmiş prezidenti Barak Obama, Britaniyanın sabiq baş naziri Boris Conson kimi şəxslər onu tanıyır, verilişinə çıxmağa razılaşır, nüfuzlu media qurumları onun proqramına istinad edirdi. Uğur bir müddət öncə “Babala TV”nin yeni seçkilərə hazırlığa başladığını və artıq partiya sədrlərinin, potensial namizədlərin “Mevzular”da çıxışı üçün ona müraciət etdiyini açıqlamışdı.

Oğuzhan Uğur sadə bir yutuber deyil. Onun atası Atilla Uğur Türkiyə Milli Kəşfiyyat Xidmətinin (MİT) keçmiş yüksək rütbəli nümayəndələrindəndir. O, PKK terror təşkilatının qurucusu Abdullah Öcalanın həbsi, ölkəyə gətirilməsində aktiv rol oynayıb. Hətta Öcalanı Türkiyədə sorğulayan ilk şəxs olduğu deyilir. FETÖ terror təşkilatının Türk ordusunda vətənpərvər hərbçiləri “vətən xaini” adı ilə həbsə atdırdığı “Ergenekon” davası çərçivəsində hədəfə gələnlərdən biri də Atilla Uğur oldu. Həbs edildi, illərə məhbus həyatı yaşadı, FETÖ-nün ifşasından sonra məhkəmələrdə yenidən bu məsələyə baxıldı, nəticədə davaların şər-böhtan xarakteri daşıdığı ortaya çıxdı, xeyli hərbçi azadlığa buraxıldı, onlardan biri də Atilla Uğur oldu.

Daha sonra o da oğlunun verilişlərinə çıxır, baş verənləri danışır, gündəmin siyasət mövzularını təhlil edirdi. Oğuzhan da MİT-çi, böhtana məruz qalmış qəhrəman atanın oğlu olaraq tanındı.

Hədəf kimdir?

Fikrimcə, hədəf əvvəldən Oğuzhan Uğur idi. Seçkilərdə ən güclü namizəd olan Ekrem İmamoğlu ötən ilin mart ayında həbs olundu, ardınca əsas müxalifət təşkilatı olan Cümhuriyyət Xalq Partiyasının (CHP) Kamal Kılıçdaroğlundan sonra yeni sədr seçdiyi qurultayı ləğv edildi. Özgür Özəlin sədrliyi keçərsiz sayıldı, Kılıçdaroğlu kimi zəif namizəd rəhbərliyə qaytarıldı, CHP bir növ bölündü. İndi də Oğuzhan Uğur dolayı yolla hədəfə gətirilir. Onun barəsində ittihamlar təsdiqini taparsa, həbs ediləcək. Amma olmasa, yenə də nüfuzunun zəiflədilməsi üçün müəyyən proseslər yürüdüləcək. globalinfo.az

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar