Sizin Reklam Burada
Xəbər lenti
04-08-2026
03-08-2026
BÜTÜN XƏBƏRLƏR

36 il hotellərdə pulsuz qaldı: 300 oteli aldatdı

Tarix: 16-07-2026 08:18     Baxış: 377 A- / A+
Hindistanda onilliklər boyu saxta kimliklərlə lüks hotellərdə qalan bir şəxsin hekayəsi ölkədə böyük maraq doğurub.

The Times of India nəşrinin yaydığı məlumata görə, Binqson Con 1990-cı illərin əvvəllərindən etibarən Hindistanın ən bahalı hotellərinə saxta adlarla yerləşib. O, özünü xarici turist bələdçisi, ingilis dili müəllimi və ya yoqa təlimatçısı kimi təqdim edib, hotellərin bütün xidmətlərindən istifadə etdikdən sonra isə hesabı ödəmədən aradan çıxıb.

İstintaqın məlumatına görə, o, Hindistanın 10-dan çox ştatında fəaliyyət göstərərək təxminən 300 hoteli bu üsulla aldadıb.

Sonuncu dəfə Raypur şəhərindəki beşulduzlu hoteldə qalan dələduz 63,7 min rupi (təxminən 1 270 manat) məbləğində ödənilməmiş hesab və 148 min rupi (təxminən 2 950 manat) dəyərində icarəyə götürdüyü noutbuku götürərək qaçıb. Lakin hüquq-mühafizə orqanları onu 72 saat sonra başqa şəhərdə saxlayıblar.

Məlumata görə, Binqson Con ilk cinayətini nişanlısının ölümündən sonra törədib. O, ilk dəfə 1996-cı ildə həbs olunub və sonrakı illərdə ümumilikdə təxminən 15 ilini müxtəlif həbsxanalarda keçirib.

Dindirilmə zamanı o, həbsxanaları özünün evi, hotelləri isə turist məkanları adlandırıb. Hazırda o, yenidən həbs edilərək barəsində istintaq tədbirləri davam etdirilir. musavat.com

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar