Sizin Reklam Burada
Xəbər lenti
04-08-2026
03-08-2026
BÜTÜN XƏBƏRLƏR

Gürcüstan dünya nəhəngi ilə anlaşdı — Ölkələrini belə tanıdacaqlar

Tarix: 13-07-2026 08:52     Baxış: 367 A- / A+
Gürcüstan hökuməti ölkənin turizm potensialını tanıtmaq üçün Netflix-də yayımlanacaq yeni serial layihəsinə maliyyə dəstəyi ayırıb.

Gürcüstanın Milli Turizm Administrasiyası ABŞ-nin New World Distribution Inc. şirkətinin hazırladığı "The Last Recipe" layihəsinin bir seriyasının çəkilişinə 295 min dollar vəsait ayıracaq.

Həmin seriya tamamilə Gürcüstanın mədəniyyəti və milli mətbəxinə həsr olunacaq.

Serialın premyerası 2027-ci ildə Netflix platformasında planlaşdırılır. Daha sonra layihə digər beynəlxalq striminq platformalarında da yayımlanacaq.

Müqaviləyə əsasən, Gürcüstan çəkilən görüntülərdən ölkənin turizm potensialının təbliği məqsədilə istifadə etmək hüququ əldə edəcək. Bundan əlavə, rəsmi Tiflis orijinal videomateriallara çıxış əldə edəcək, həmçinin layihənin treylerlərində və sosial media paylaşımlarında ölkənin adı qeyd olunacaq.

Gürcüstan hakimiyyəti çəkilişlərin təşkili ilə bağlı dəstək də göstərəcək. Buraya icazələrin rəsmiləşdirilməsi, logistika və çəkiliş məkanlarına çıxışın təmin edilməsi daxildir.

Müqavilənin şərtlərinə görə, ayrılan məbləğin 80 faizi əvvəlcədən ödəniləcək, qalan hissə isə çəkiliş prosesi başa çatdıqdan sonra şirkətə köçürüləcək. musavat.com

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar