İsrail hökuməti ermənilərin 1915-ci il hadisələrinin "soyqırımı" kimi tanınmasına dair təşəbbüsün irəlilədilməsi prosesini dayandırıb.
Yunanıstanın "ProtoThema" nəşri yazır ki, bu qərarın əsas səbəbi İsrailin strateji tərəfdaşı olan Azərbaycanla münasibətlərinin pisləşməsi riskidir.
Məqalədə bildirilir ki, iyunun sonunda İsrail Xarici İşlər Nazirliyi Osmanlı imperiyasında Birinci Dünya müharibəsi dövründə baş vermiş hadisələrin "erməni soyqırımı" kimi tanınmasına dair təşəbbüs irəli sürüb və hökumət bunu dəstəkləyib. Lakin sənədin qüvvəyə minməsi üçün Knessetin də təsdiqi tələb olunurdu.
Nəşrin istinad etdiyi siyasi şərhçi Svetlana Kuşnirin fikrincə, bu addım ilk növbədə Türkiyəyə siyasi təzyiq göstərmək məqsədi daşıyırdı. Müəllif qeyd edir ki, İsrail bununla Prezident Rəcəb Tayyib Ərdoğanın Qəzza müharibəsi ilə bağlı sərt antiisrail bəyanatlarına cavab verməyə çalışırdı.
Lakin Azərbaycan bu təşəbbüsə kəskin etiraz edib. Rəsmi Bakı bildirib ki, belə addımlar barışığa xidmət etmir, əksinə, bölgədə fikir ayrılıqlarını dərinləşdirir və davamlı sülhə mane olur. Azərbaycan İsrail hökumətini qərarını yenidən nəzərdən keçirməyə çağırıb.
Məqalədə qeyd olunur ki, Azərbaycanın yəhudi icmasının nümayəndələri, həmçinin bir sıra israilli siyasətçilər və ekspertlər də təşəbbüsün əleyhinə çıxış ediblər. Onlar bunun Azərbaycan-İsrail strateji tərəfdaşlığına zərbə vuracağını bildiriblər.
İsrail Strateji və Təhlükəsizlik İnstitutunun rəhbəri Efraim İnbar bu təşəbbüsü "əhəmiyyətsiz və uşaqcasına səhv" adlandıraraq Türkiyəyə mesaj vermək cəhdinin Bakı ilə münasibətləri təhlükə altına atmamalı olduğunu vurğulayıb.
Məqalədə həmçinin qeyd edilir ki, Ermənistan rəhbərliyi də son dövrdə 1915-ci il hadisələrinin digər dövlətlər tərəfindən siyasi alətə çevrilməsinin tərəfdarı olmadığını bəyan edib. Baş nazir Nikol Paşinyan bu məsələnin siyasiləşdirilməsinin Ermənistanın maraqlarına uyğun olmadığını bildirib.
"ProtoThema" yazır ki, İsrail mediasında yer alan məlumatlara əsasən, Bakı bu təşəbbüsü "qırmızı xəttin keçilməsi" kimi qiymətləndirib. Nəticədə İsrail Azərbaycanın qəti mövqeyini və ikitərəfli münasibətlərə mümkün təsirləri nəzərə alaraq təşəbbüsün Knessetdə irəlilədilməsini dayandırıb.
Məqalə müəllifi hesab edir ki, bu hadisə Azərbaycanın regional və beynəlxalq siyasətdə artan rolunu nümayiş etdirir və strateji tərəfdaşlarının maraqlarına toxunan məsələlərdə Bakının mövqeyinin artıq nəzərə alınmalı olduğunu göstərir.
Xəbər lenti
İsrail niyə erməni soyqırımının tanınması təşəbbüsünü dayandırdı?
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər

.png)

Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar
































