Xəbər lenti
Bir ildə 465 min dollar qazandı: Santexnikin gəliri araşdırılır
Bu məbləğ şəhər meri və əksər yüksəkvəzifəli məmurların maaşından çox olub.
Nyu-York Şəhər Mənzil Agentliyində (NYCHA) çalışan Yakub Markovski ötən maliyyə ilində ümumilikdə 465 min dollar qazanıb. Bu məbləğə əsas əməkhaqqı ilə yanaşı, rekord həcmdə – 2560 saat artıq işə görə ödənilən vəsait də daxildir. Bu isə istirahət günü olmadan hər gün orta hesabla əlavə yeddi saat işləmək deməkdir.
Hazırda onun fəaliyyəti şəhərin Tikinti Departamenti tərəfindən araşdırılır. Şübhələr təkcə bu qədər artıq iş saatı ilə bağlı deyil. Məlum olub ki, Markovski eyni dövrdə özünə məxsus iki özəl şirkət vasitəsilə Manhetten və Bruklinin prestijli ərazilərində 70-dən çox layihə həyata keçirib.
O, 2019-cu ildə dövlət işi ilə yanaşı özəl fəaliyyət göstərmək üçün icazə alsa da, 2024-cü ildə vəzifəsi yüksəldikdən sonra yeni icazə üçün müraciət etməyib.
Sahə üzrə fəaliyyət göstərən təşkilatlardan biri hələ ötən il bununla bağlı şikayət edərək bildirmişdi ki, bir nəfərin həm özəl biznes idarə etməsi, həm də bütün əməkdaşlardan daha çox artıq iş haqqı alması dövlət vəsaitinin səmərəsiz xərclənməsi təəssüratı yaradır və NYCHA-da iş təhlükəsizliyi ilə bağlı suallar doğurur.
Yakub Markovski isə məsələ ilə bağlı şərh verməkdən imtina edib. musavat.com
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər


Axtarış
Reklam

İqtisadiyyat
Kriminal
Yazarlar
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar
























.png)






