Sizin Reklam Burada
Xəbər lenti
10-07-2026
09-07-2026
BÜTÜN XƏBƏRLƏR

Puqaçova milyonluq mənzilini 1 dollara satdı

Tarix: 10-07-2026 22:50     Baxış: 330 A- / A+
Rusiyalı məşhur müğənni Alla Puqaçova ABŞ-ın Mayami şəhərində yerləşən dəbdəbəli mənzilini böyük qızı Kristina Orbakaytenin adına keçirib.

Əmlakın rəsmiləşdirilməsi zamanı müqavilədə simvolik olaraq cəmi 1 dollar göstərilib.

Söhbət Mayaminin nüfuzlu Bal Harbour kurort bölgəsində yerləşən Majestic Tower yaşayış kompleksindəki 285 kvadratmetrlik mənzildən gedir. Alla Puqaçova bu əmlakı 2004-cü ildə 2 milyon dollardan çox ödəyərək alıb.
Mənzildə üç yataq otağı, dörd hamam otağı və Atlantik okeanına açıqlan mənzərə var. Yaşayış kompleksi də zəngin infrastrukturu ilə seçilir. Burada qızdırılan hovuzlar, tennis kortları, şəxsi kitabxana və hətta damında helikopter meydançası yerləşir.

Araşdırmalara görə, bu mənzilin mülkiyyət hüququ ilk dəfə dəyişdirilmir. Təxminən on il əvvəl mənzilin ortaq sahibləri sırasında Kristina Orbakayte, Alla Puqaçovanın nəvəsi Nikita Presnyakov və kürəkəni Mixail Zemtsov da yer alıb. Bir il sonra Mixail Zemtsov qohumlarının paylarını cəmi 10 dollara alaraq mənzilin yeganə sahibi olub. Daha sonra, 2020-ci ildə Kristina Orbakayte əmlakı yenidən öz adına keçirib və bunun üçün həyat yoldaşına simvolik olaraq 1 dollar ödəyib. 

Bundan sonra ailəyə məxsus daşınmaz əmlak ABŞ-da fəaliyyət göstərən trast fondlarının idarəçiliyinə verilib. Bildirilir ki, bu addım ailənin bahalı daşınmaz əmlakını mümkün sanksiyalardan qorumaq məqsədi daşıyır.
Qeyd olunur ki, təkcə bu mənzil üzrə illik əmlak vergisi ailəyə təxminən 40 min dollara başa gəlir.

Xatırladaq ki, bundan əvvəl Rusiya mətbuatında Alla Puqaçovanın borclarla bağlı məhkəmə araşdırması ilə üzləşdiyi barədə məlumat yayılmışdı. kult.az 

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar