Xəbər lenti
Qaraciyər köçürülən aktyorun işləməsinə icazə verildi -Şəkil

Bir neçə ay öncə qaraciyər köçürülən türkiyəli aktyor Ufuk Özkan artıq çəkiliş meydançasına qayıtmağa hazır olduğunu açıqlayıb.
Aktyor sağlamlığının qaydasında olduğunu və həkimlərdən işinin başına qayıtmaq üçün lazımi razılığı aldığını bildirib.
“Səhhətim çox yaxşıdır. Son 5 aydır ki, hər gün daha da yaxşılaşıram. Həkimlər işləyə biləcəyimi dedilər. İşləmək istəyirəm”, - o deyib.
Xatırladaq ki, 2023-cü ildən qaraciyər çatışmazlığından əziyyət çəkən Özkan bir müddət əvvəl xəstəxanaya yerləşdirilmişdi. Ona donor tapılması üçün sosial mediada kampaniya başladılmışdı. Bu ilin fevralında isə onun üzərində qaraciyər transplantasiyası həyata keçirilmişdi.
Qeyd edək ki, “Hayat bazen tatlıdır”, “Geniş aile”, “Zengin kız, fakir oğlan” kimi seriallarda rol alan aktyor həm də “Ben bilmem, eşim bilir” proqramının aparıcısı olaraq tanınır. qafqazinfo
Manevr.az

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Kriminal
Yazarlar
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar

























.png)






