Sizin Reklam Burada
Xəbər lenti
10-07-2026
09-07-2026
BÜTÜN XƏBƏRLƏR

Prezidentlərin yeməyini hazırlayan aşpaz: "Qabların hamısı boş idi..."

Tarix: 10-07-2026 21:04     Baxış: 327 A- / A+
Ankarada keçirilən 36-cı NATO Dövlət və Hökumət Başçıları Sammiti çərçivəsində dünya liderlərinin şərəfinə təşkil olunan rəsmi ziyafətin menyusunu hazırlayan üç aşbazdan biri, həmçinin tədbirin yeganə qadın aşbazı olan Sinem Özler Türkiyə mətbəxini beynəlxalq qonaqlara təqdim etməyin böyük qürur olduğunu bildirib.

Michelin siyahısında yer alan Sinem Özler bildirib ki, menyu hazırlanarkən əsas məqsəd Anadolu mətbəxinin zənginliyini və Türkiyənin qastronomiya irsini əks etdirmək olub. Onun sözlərinə görə, hazırlıq prosesi aylarla davam edib və hər aşbaz öz sahəsinə uyğun yeməklər üzərində çalışıb.

Özler qeyd edib ki, rəsmi ziyafətdə içli küftə, balqabaq çiçəyi dolması və digər ənənəvi Anadolu təamları müasir təqdimatla qonaqlara təqdim edilib. O bildirib ki, istifadə olunan məhsullar Türkiyənin müxtəlif bölgələrindən seçilərək ölkənin kulinariya zənginliyini nümayiş etdirmək məqsədi daşıyıb.

Sinem Özlerin sözlərinə görə, ziyafətdən sonra bütün boşqabların tamamilə boş qayıtması aşbazlar üçün ən böyük mükafat olub.

"Bu, bizim üçün çox qürurverici idi. Türk mətbəxini belə mühüm beynəlxalq tədbirdə tanıtmaq böyük məsuliyyət idi və qonaqların yeməkləri bəyənməsi bizi çox sevindirdi", – deyə, o bildirib.

Özler vurğulayıb ki, belə beynəlxalq tədbirlər təkcə diplomatik deyil, həm də qastronomik baxımdan ölkələrin mədəniyyətini dünyaya tanıtmaq üçün mühüm platformadır. Onun fikrincə, NATO Sammitində təqdim olunan menyu Türkiyə mətbəxinin zənginliyini və müxtəlifliyini nümayiş etdirmək baxımından uğurlu nümunə olub. musavat.com

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar