Sizin Reklam Burada
Xəbər lenti
09-07-2026
08-07-2026
BÜTÜN XƏBƏRLƏR

İran Trampı təhdid edir - Sui-qəsd planını kim deşifrə edib?

Tarix: 10-07-2026 08:55     Baxış: 332 A- / A+

Bu barədə "The Wall Street Journal" vəziyyətlə tanış olan mənbələrə istinadla məlumat yayıb.

Nəşrin məlumatına görə, Tehran bir neçə ildir ki, general Qasım Süleymaninin 2020-ci ildə öldürülməsinin qisasını almaqla bağlı açıq şəkildə hədə-qorxu gəlir. İranın ali rəhbəri Əli Xameneinin bu yaxınlarda keçirilən dəfn mərasimində iştirakçılar amerikalı prezidentin ölümünə dair şüarlar səsləndirib və "Biz Trampı öldürəcəyik" yazılmış plakatlar açıblar.

Donald Trampın özü də sui-qəsd ehtimalı ilə bağlı məlumatı təsdiqləyərək jurnalistlərə bildirib ki, İranın hədəf siyahısında birinci yerdədir. O, təhdidlərə cavab olaraq Ankaradan qayıtmaq planlarını dəyişib və Qətər tərəfindən təqdim edilən yeni hava gəmisi əvəzinə köhnə "Air Force One" təyyarəsini seçib. Bu qərar Məxfi Xidmətin tövsiyəsi ilə qəbul edilib.

Mart ayında Tramp iranlı hakimiyyət orqanlarının onu öldürməyə iki dəfə cəhd etdiyini iddia etmiş, bu cəhdləri ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatları və Əli Xameneinin öldürülməsi ilə əlaqələndirmişdi. İran hakimiyyəti amerikalı məmurlara qarşı sui-qəsd hazırlamaqla bağlı ittihamları rədd edib.

Vaşinqton ilə Tehran arasında münasibətlərin kəskinləşməsi fonunda Tramp bildirib ki, İranla atəşkəs başa çatıb, ölkələr arasındakı gələcək təmaslar isə "vaxt itkisidir". Bir aydan az müddət əvvəl tərəflər iki aylıq atəşkəsi və daha geniş saziş haqqında danışıqların başlanmasını nəzərdə tutan qarşılıqlı anlaşma memorandumu imzalamışdılar. publika.az

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar