Sizin Reklam Burada
Xəbər lenti
24-08-2026
23-08-2026
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanlılar bu ölkədən deport olundu

Tarix: 07-07-2026 23:21     Baxış: 393 A- / A+
Gürcüstan Daxili İşlər Nazirliyinin Miqrasiya Departamentinin əməkdaşları nazirliyin digər müvafiq bölmələri ilə birgə həyata keçirdikləri tədbirlər nəticəsində son günlər 54 xarici vətəndaşı ölkədən deportasiya ediblər.

Bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, deportasiya edilənlər arasında Türkiyə, Türkmənistan, Rusiya, Hindistan, Azərbaycan, Belarus, Pakistan, Nigeriya, Misir, Filippin və digər ölkələrin vətəndaşları var.

Məlumata əsasən, qüvvədə olan qanunvericiliyə uyğun olaraq deportasiya edilən şəxslərin Gürcüstana yenidən girişinə qadağa qoyulub.

Nazirlik qeyd edib ki, qanunsuz miqrasiyaya qarşı mübarizə qurumun əsas prioritet istiqamətlərindən biridir.

Rəsmi statistikaya görə, bu ilin əvvəlindən indiyədək ümumilikdə 2 090 qanunsuz miqrant Gürcüstandan deportasiya olunub. Onlardan 232-si yanvarda, 312-si fevralda, 360-ı martda, 401-i apreldə, 340-ı mayda, 391-i isə iyunda ölkədən çıxarılıb. bakıvaxtı.az

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar